Nazir: "İndiyədək olubmu ki, biz işləri vaxtında çatdırmayaq?"

Nazir: "İndiyədək olubmu ki, biz işləri vaxtında çatdırmayaq?"
12:38 22 Noyabr 2016
60 İdman
Ölkə mətbuatı
A- A+

“Gələn il Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri yüksək səviyyədə davam etdirilir”.

Publika.az xəbər verir ki, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib.

Nazir deyib ki, bu istiqamətdə nəzərdə tutulan bütün işlər plan üzrə uğurla gedir:

“İşlərin hamısı cədvəl üzrə öz qaydasında gedir, bununla bağlı heç bir problem yoxdur. Heç indiyədək olubmu ki, biz işləri vaxtında çatdırmayaq? Xeyr, olmayıb. Ona görə də bu işlər də vaxtında yüksək səviyyədə görülüb başa çatdırılacaq”.

A.Rəhimov əlavə edib ki, “Formula 1” yarışları ilə bağlı hazırlıq işləri də uğurla davam etdirilir.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/176908.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR