Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Kərəm Həsənov: "Bu il hərraclara 500-dən artıq dövlət obyekti çıxarılıb"

Kərəm Həsənov: "Bu il hərraclara 500-dən artıq dövlət obyekti çıxarılıb"

Kərəm Bürsinin halı pisləşdi (16 Mart 2017 15:57)
Azərbaycanda daha 144 dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb (27 Fevral 2017 11:52)
Azərbaycanda daha 16 dövlət obyekti özəlləşdirilib (21 Fevral 2017 12:52)

Tarix: 22 Noyabr 2016 12:47

Bakı. 22 noyabr. REPORT.AZ/ "Biz hökumət qarşısında özəlləşdirilən obyektlərin borc problemlərinin, onlarda sosial ödənişlər problemləri ilə bağlı məsələlər qaldırmışıq".
"Report"un məlumatına görə, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov "RecExpo II – Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya" sərgisinin açılış mərasimində jurnalistlərə açıqlamasında deyib.
“Bu problemlə bağlı borcların silinməsi və köhnə borcların təmizlənməsi, restruktrizasiya edilməsi ilə bağlı yeni təkliflər vermişik. Bu da özəlləşmədə yeni dövrün başlanmasına işarədir. Bu il keçirilən 10-dan artıq hərracda 500-dən çox dövlət müəssisə və obyekti satışa çıxarılıb. Xarici investorlar əsasən neft kimyası, neft maşınqayırması, aqrar sektorlarda olan müəssisələrlə maraqlanırlar", - deyə K.Həsənov qeyd edib.

Teqlər:  Kərəm Həsənov Bu il hərraclara 500-dən dövlət obyekti çıxarılıb



RƏYLƏR


Top xəbərlər