Azad Rəhimov: "Azərbaycanın gənclər siyasəti modeli beynəlxalq arenada uğurlu hesab olunur"

Azad Rəhimov: "Azərbaycanın gənclər siyasəti modeli beynəlxalq arenada uğurlu hesab olunur"
12:52 22 Noyabr 2016
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 noyabr. REPORT.AZ/ "Azərbaycan 60 ölkəylə, o cümlədən MDB ölkələrinin əksəriyyəti ilə gənclər sahəsində uğurlu ikitərəfli əməkdaşlıq yaradıb".
"Report" xəbər verir ki, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Bakıda keçirilən MDB-yə üzv dövlətlərin gənclərlə iş üzrə Şurasının XX iclasında deyib.
"Müstəqillik əldə etdikdən sonrakı 25 ildə Azərbaycan bir çox istiqamətlərdə inkişaf edib, bu gün prioritet istiqamətlərdən biri də gənclər siyasətidir. Azərbaycan əhalisinin 27 faizi gənclərdir, buna görə də ölkə üçün gənclərin inkişafı da vacibdir", - deyə A.Rəhimov bildirib.
A.Rəhimov Azərbaycanın gənclər sahəsində digər ölkələrlə də ikitərəfli əsasda münasibətlərin inkişafına böyük önəm verdiyini açıqlayıb.
O xatırladıb ki, Azərbaycanda gənclərin inkişafı üzrə iki Dövlət Proqramı uğurla yerinə yetirilib, hazırda üçüncü proqram həyata keçirilir.
Nazir vurğulayıb ki, son beş il ərzində Azərbaycanda 700-dən çox tədbir, o cümlədən 150 beynəlxalq konfrans, təxminən 12 min regional tədbir keçirilib".
O, Azərbaycanda gənclər sahəsində çalışan təxminən 300 QHT-nin olduğunu və Gənclər və İdman Nazirliyinin onlarla əməkdaşlıq etdiyini bildirib.
Nazir vurğulayıb ki, Gənclər Fondunun dəstəyi ilə üç minə yaxın layihə uğurla həyata keçirilib. A.Rəhimov uğurlu nümunə kimi fond tərəfindən maliyyələşdirilən layihə çərçivəsində 38 gənclər evinin tikintisini göstərib.
A.Rəhimovun sözlərinə görə, Azərbaycanın gənclər siyasəti modeli beynəlxalq arenada uğurlu hesab olunur və məhz buna görə də Azərbaycan birinci Qlobal Gənclər Forumunun tərəfdaşı və ev sahibi seçilib.
Nazir görüşün nəticələrinə dair qəbul ediləcək yekun sənədin MDB ölkələrinin gənclər siyasətinin daha da inkişaf etməsinə töhfə verəcəyinə vurğulayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/azad-rehimov-azerbaycanin-gencler-siyaseti-modeli-beynelxalq-arenada-ugurlu-hesab-olunur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR