""Qəbələ" ilə oyuna yaxşı motivasiya olmalıyıq"

""Qəbələ" ilə oyuna yaxşı motivasiya olmalıyıq"
13:05 22 Noyabr 2016
43 İdman
Ölkə mətbuatı
A- A+

"Son oyuna yaxşı konsentrasiya olmamışdıq. Bunu aradan qaldırmalıyıq".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Anderlext"in serbiyalı futbolçusu Uroş Spayiç deyib.

Belçika mətbuatına açıqlama verən mərkəz müdafiəçisi komandasının çempionat görüşündə "Zulte-Varegem"ə 2:3 hesablı məğlubiyyətini şərh edib.
 
"Anderlext"in hazırkı durumunu dəyərləndirən 23 yaşlı futbolçu söhbət əsnasında Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ" ilə keçirəcəkləri oyuna da toxunub: "İkinci hissəyə pis başladıq. İki dəqiqə ərzində iki qol buraxmaq bizə ağır zərbə oldu. Söhbət xaraktersizlikdən getmir. Sadəcə, komanda "Tsulte-Varegem"lə matçda o gedişi gözləmirdi. Rəqib bütün qol şanslarından istifadə etdi. Buraxdığımız səhvlər oyunun taleyini həll etdi. Çempionat uzun marafondur, itirdiyimiz xalları qarşıdakı görüşlərdə qazana bilərik. Amma Avropa Liqasında da belə səhvlər buraxsaq, bizə baha başa gələ bilər. Odur ki, bu oyunu unudub, diqqətimizi "Qəbələ" ilə görüşə yönəltməliyik. Məğlubiyyət ab-havasından çıxmaq lazımdır. "Qəbələ" ilə matça yaxşı motivasiya olmalıyıq".
 
Qeyd edək ki, noyabrın 24-də, 8-ci km stadionunda keçiriləcək "Qəbələ" - "Anderlext" matçı saat 20:00-da start götürəcək. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/491811.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR