18 yaşdan aşağı olan 700 milyon qız...

18 yaşdan aşağı olan 700 milyon qız...
13:05 22 Noyabr 2016
206 Dünya
Ölkə mətbuatı
A- A+

Dünyada 700 milyondan çox qız 18 yaşı tamam olmamış ərə verilir.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Uşaqlara Yardım Fondu (UNİCEF) məlumat yayıb. 

UNİCEF bildirir ki, qızlardan 250 milyonunun yaşı 15-dən aşağıdır. Məlumatda qeyd edilib ki, 18 yaşa qədər ərə verilən qızların ailədaxili zorakılığa məruz qalma faizi yüksəkdir. Eyni zamanda erkən nikaha girən qız uşaqlarının hamiləlik dövründə ölüm faizi də yuxarıdır. 

144 ölkədə qız uşaqlarının ən yaxşı yaşadığı ölkələr sırasında ilk pillədə Finlandiya, Norveç, İsveç, Hollandiya və Belçika qərarlaşıb. Daha pis vəziyyətdə olan ölkələr Cənubi Afrika Respublikası, Somali, Nigeriya və  Malidir.

Qeyd edək ki, 2016-cı ilin may ayında UNİCEF-in açıqladığı məlumata görə, təkcə bu il 18 yaşından aşağı olan 15 milyon qız zorla evləndirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/491857.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR