Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İstanbulda güclü yanğın baş verib

İstanbulda güclü yanğın baş verib

Date: 22 November 2016 13:07

Bakı. 22 noyabr. REPORT.AZ/ İstanbulun Bayrampaşa rayonunda Baltas Kilimçilər Sənaye zonasında plastik məhsullar istehsal edən emalatxanada yanğın baş verib.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürən avtomobillər cəlb edilib.
Yanğın baş verən emalatxanada işləyənlər təxliyə olunub. Yanğın güclü olduğundan tüstüsü İstanbulun üzərini bürüyüb.
Hadisənin səbəbləri araşdırılır.  


Tags:  İstanbulda güclü yanğın baş verib

RƏYLƏR


Top news