“Azneft” oktyabrda qaz hasilatını artırıb

“Azneft” oktyabrda qaz hasilatını artırıb
13:07 22 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 22 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azneft” İstehsalat Birliyinin strukturuna daxil olan idarələrdə qaz-kompressor təsərrüfatının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər davam etdirilir.
Şirkətdən “Report”a verilən məlumata görə, ötən ay ərzində görülən işlər nəticəsində platformalarda baş verə biləcək qəza ehtimallarının qarşısının alınması, texniki təhlükəsizliyin təmin edilməsi məqsədilə “Çıraq-1” platformasından “28 May” NQÇİ-yə nəql olunan qaz xətti üzərində 400 mm ölçüdə əks klapan quraşdırılıb.
“Ölkə ərazisində istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təmin olunması məqsədilə, “28 May” NQÇİ-nin Zirə sahəsində istismar olunan seperasiya sistemi yeniləşdirilib, seperatorlar əvəzlənib, onların maye çıxışları avtomatik tənzimləyicilərlə təchiz edilib, siyirtmələr dəyişdirilib, qaz ölçü qovşaqları təftiş olunub və şama gələn xətt yenisi ilə dəyişdirilib. “28 May” NQÇİ-nin Neft Daşları sahəsində yerləşən 2 saylı sıxıcı kompressor stansiyasında istismar olunan yüksək məhsuldarlıqlı qazturbin mühərrikli kompressor qurğularının fasiləsiz və təhlükəsiz iş rejimini təmin etmək məqsədilə, iş saatını başa vurmuş 2 ədəd qazturbinin istehsalçı zavoda əsaslı təmirə göndərilməsi təmin edilib”, - deyə məlumatda qeyd olunub. 
Quyularda aparılan təmir-bərpa işləri nəticəsində “Azneft” İB üzrə qaz hasilatı cari ilin oktyabr ayı ərzində 19,479 mln. kubmetr artırılaraq 447,964 mln. kubmetrə çatdırılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azneft-oktyabrda-qaz-hasilatini-artirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR