Bakıda avtomobil 69 yaşlı qadını vurub

Bakıda avtomobil 69 yaşlı qadını vurub
13:12 22 Noyabr 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 noyabr. REPORT.AZ/ Bakıda yolu keçmək istəyən 69 yaşlı qadını avtomobil vurub.
"Report"un xəbərinə görə, hadisə Nizami rayonu, 8-ci kilometr qəsəbəsində qeydə alınıb. Belə ki, 1947-ci il təvvəllüdlü Əliyeva Lətifə Abdul qızı yolu keçmək istəyərkən onu "Toyoto Prado" markalı avtomobil vurub. 
 Xəsarət alan qadını "Toyoto Prado" markalı avtomobilin sürücüsü xəstəxanaya çatdırıb. Qadın əməliyyat olunub. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsində araşdırma aparılır. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, "Toyoto Prado" markalı avtomobilin sürücüsü özünü jurnalist kimi təqdim edib. Onun adı açıqlanmayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-avtomobil-69-yasli-qadini-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR