Dünya Bankı: "Qarşıdakı 3 ildə Azərbaycanda iqtisadi artım olmayacaq"

Dünya Bankı: "Qarşıdakı 3 ildə Azərbaycanda iqtisadi artım olmayacaq"
13:17 22 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 22 noyabr. REPORT.AZ/ "Məzənnənin sabitliyi uğurlu iqtisadi siyasətin göstəricisi ola bilməz. Çünki məzənnə iqtisadiyatda baş verən proselərə, şoklara adekvat reaksiya verməlidir". "Report" xəbər verir ki, bunu Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı Hans Timmer deyib.
H.Timmer ümumiyyətlə, məəzənnənin sabitləşdirilməsi siyasətinin yürüdülməsinin doğru olmadığını deyib: "Hazırda Azərbaycanda 3%-lik iqtisadi geriləmə var. İnfliyasiya ikirəqəmli səviyyədədir. Növbəti iki ildə də bu, 3% səviyyəsində olacaq. Bu o deməkdir ki, qarşıdakı 3 ildə 0 iqtisadi artım olacaq".
DB rəsmiləri qeyd edib ki, Azərbaycanda iqtisadi resessiya mövcuddur: "Biz Azərbaycanda pul siyasətinə baxmağı tövsiyyə edirik. Həmçinin, maliytə sektoru sabitləşdirilməlidir. Neftin qiymətində olan azalma bank sektoruna mənfi təsir edir. Bankların restrukzasiyasına ehtiyac var. Problemli kreditlər artıb. Orta və uzunmüddətli tədbirlər görülməlidir".

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/dunya-banki-qarsidaki-3-ilde-azerbaycanda-iqtisadi-artim-olmayacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR