998 sahibkarın ölkədən çıxışına QADAĞA QOYULDU

998 sahibkarın ölkədən çıxışına QADAĞA QOYULDU
13:22 22 Noyabr 2016
125 Ölkə
Ölkə mətbuatı
A- A+

Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanları rəhbərlərinin adını açıqlayıb.

Milli.Az xəbər verir ki, nazirlikdən APA-ya verilən məlumata görə, 22 noyabr tarixinə vergi borcu olduğuna görə 998 müəssisə rəhbərinin ölkədən çıxması qadağan edilib.
 
Qeyd edək ki, 17 noyabr tarixinə vergi borcu olduğuna görə 739 müəssisə rəhbərinin ölkədən çıxması qadağan edilib.
 
Ölkədən çıxışına qadağa qoyulan şəxslər arasında 8 xarici vətəndaş da var.
 
Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/491876.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR