Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Mətbuat konfransına qatılmayan dünya çempionu cərimələnib

Mətbuat konfransına qatılmayan dünya çempionu cərimələnib

Beşqat dünya çempionu faciəvi şəkildə ölüb (10 Mart 2017 08:52)
5 qat dünya çempionu faciəvi şəkildə öldü (10 Mart 2017 07:28)
Beşqat dünya çempionu faciəvi şəkildə öldü (10 Mart 2017 06:24)

Tarix: 22 Noyabr 2016 13:22

Bakı. 22 noyabr. REPORT.AZ/ Norveç şahmatçısı Maqnus Karlsen rusiyalı Sergey Karyakinlə dünya şahmat tacı uğrunda keçirilən görüşün VIII partiyasından sonra mətbuat konfransında iştirak etmədiyi üçün cərimələnib. "Report"un məlumatına görə, hazırkı dünya çempionu mükafatının 10 faizindən məhrum olub.
Qara fiqurlarla oynayan Karyakin ötən partiyada norveçli zəka sahibinə 4.5:3.5 hesabı ilə qalib gəlib. Bundan sonra Karlsen jurnalistlər önünə çıxmayıb.
IX partiya noyabrın 23-də olacaq. Görüş ümumilikdə 12 partiyadan ibarətdir. Qalib 12 partiyaya və ya daha erkən müəyyənləşərsə, mükafat fondu olan 1 milyon dolların 60%-i yeni çempionun, 40%-i isə məğlub idmançının payına düşəcək.

Teqlər:  Mətbuat konfransına qatılmayan dünya çempionu cərimələnib



RƏYLƏR


Top xəbərlər