Ermənistana gedən azərbaycanlı stilist: "İnsansınız, qoyun sürüsü deyilsiniz" - FOTO

Ermənistana gedən azərbaycanlı stilist: "İnsansınız, qoyun sürüsü deyilsiniz" - FOTO
13:22 22 Noyabr 2016
941 Ölkə
Ölkə mətbuatı
A- A+

Əslən azərbaycanlı stilist Nazilə Mehdiyevanın erməni əsilli stilist Goar Avetisyanın İrəvanda baş tutan toy mərasimində iştirak etməsi böyük səs-küy yaradıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, N. Mehdiyeva sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb, müzakirələrə səbəb olub.

Stilist məsələ ilə bağlı geniş açıqlama yayıb.

Mehdiyeva bildirib ki, insanlar onu şəxsən tanımadan ləkələyirlər:

"Mən bilmirdim ki, Azərbaycan mediası və xalqında bu qədər səs-küy yarada bilərəm. Hamıya birdəfəlik cavab verəcəm. Mən Rusiyada doğulmuşam, oranın vətəndaşıyam. Azərbaycana və Ermənistana rahat şəkildə gedə bilərəm. Buna heç kəs heç nə deyə bilməz. İnsanların ailəmə və övladlarıma toxunması məni əsəbləşdirir.

Məcbur qalıb bu açıqlamanı yayıram. Bəli, qanım təmiz azərbaycanlı qanıdır. Rəfiqəmin toyuna getməyim sizi niyə bu qədər narahat edir? İdmançılar, siyasətçilər, adi insanlar İrəvana gedə bilir, onda niyə susursuz? Özünüzdən sirk yaratmayın, siz insansınız, qoyun sürüsü deyilsiniz. Xahiş edirəm, öz fikriniz olsun, siyasətdən asılı olmayın. Mən rəfiqəmin toyuna getmişəm.

Məgər sizin əsgərlərinizi şəxsən o öldürüb? Bəsdir, biz sakitlik, xalqımız arasında sülh istəyirik. Siz isə məni tanımadan ləkələyirsiz. Öz yazdıqlarınızı özünüz oxuyun. Mən Ermənistana getdim deyə pis oldum, siz isə yaxşı? Baxın, ağzınızdan zir-zibil tökülür".

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/491895.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR