Mourinyodan Messiyə əxlaqsız TƏKLİF

Mourinyodan Messiyə əxlaqsız   TƏKLİF
13:27 22 Noyabr 2016
252 İdman
Ölkə mətbuatı
A- A+

Lionel Messinin "Barselona" ilə yeni müqavilə imzalamaması böyük klubların hərəkətə keçməsinə səbəb olub. Artıq "Mançester Siti", PSJ kimi klublar argentinalı ulduza təklif etmək üçün transfer təklifləri hazırlayırb.


Fanat.Az xəbər verir ki, onlarla yanaşı sürpriz bir klub da Messi üçün hərəkətə keçib. Belə ki, Joze Mourinyonun başçılıq etdiyi "Mançester Yunayted" "Barsa"nın ulduzunu heyətinə qatmaq istəyir.


Amma "qırmızı-şeytanlar" transfer üçün fərqli yol seçib. İddiaya görə, Mourinyonun tələbi ilə "Mançester Yunayted" "Adidas" sponsporluğu ilə Messiyə "Barselona" ilə müqavilə imzalamamaq üçün 100 milyon avro təklif edəcək. Argentinalı ulduzun kataloniyalılarla müqaviləsi 2018-ci ildə başa çatacaq. Yeni müqavilə imzalanmasa, futbolçu həmin vaxt sərbəst qalacaq.


"Mançester Yunayted" "Barselona"nın tələb etdiyi 250 milyon avronu ödəməmək üçün 1 il gözləmək niyyətindədi. Yeni anlaşmanın imzalanmaması üçün isə 100 milyon avro təklif edirlər. Beləliklə, 150 milyon avro klubun kassasında qalacaq.


"Marketing Deportivo"nun xəbərinə görə, Messinin "Barselona" ilə müqaviləsi bitəndə "Mançester Yunayted" ona illik 50 milyon avro təklif edəcək. Bu pul isə "Adidas"la birlikdə ödəniləcək.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-mourinyodan-messiy-xlaqsz-t54349.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR