Türkiyədə mübahisəli qanun layihəsi ölkə parlamentinin gündəliyindən çıxarılıb

Türkiyədə mübahisəli qanun layihəsi ölkə parlamentinin gündəliyindən çıxarılıb
13:27 22 Noyabr 2016
60 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 noyabr. REPORT.AZ/ Türkiyədə bəzi hallarda yetkinlik yaşına çatmayanlarla cinsi əlaqəyə görə cinayət məsuliyyətinə cəlb edilməməklə bağlı qanun layihəsi ölkə parlamentinin gündəliyindən çıxarılıb.
"Report" "Euronews"a istinadən xəbər verir ki, Türkiyənin baş naziri Binəli Yıldırım hakim Ədalət və İnkişaf Partiyasının belə bir qərara gəldiyini bildirib.
Qeyd edək ki, qanun layihəsi bütün Türkiyə ərazisində hüquq müdafiəçilərinin etirazına səbəb olub.
Xatırladaq ki, sənəddə zor tətbiq etmədən yetkinlik yaşına çatmayanlarla cinsi əlaqədə olan, ardından nikaha girən insanları cəzalandırmamaq təklif edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiyede-mubahiseli-qanun-layihesi-olke-parlamentinin-gundeliyinden-cixarilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR