Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Lənkəranda ər və arvadının meyiti tapılıb

Lənkəranda ər və arvadının meyiti tapılıb

Date: 22 November 2016 13:27

Lənkəran. 22 noyabr. REPORT.AZ/ Lənkəran şəhərində ər və arvadının yaşadıqları evdə meyitləri tapılıb. 
"Report"un Cənub bürosunun verdiyi məlumata görə, meyitlər şəhərin Şəhidlər xiyabanı küçəsi 10 ünvanında aşkarlanıb. 
Həmin ünvanda yaşayan 1939-cu il təvəllüdlü Aydın və onun həyat yoldaşı 1941-ci il təvəllüdlü Azadə Allahverdiyevlərin üzərində xəsarətlər olan cəsədləri tapılıb.
Hüquq mühafizə orqanları hadisə yerini müayinə edib. Meyitlər Səhiyyə nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. 
İlkin məlumatlara görə, Aydın Allahverdiyevin üz nahiyəsində əzilmiş-kəsilmiş xəsarətlər aşkarlanıb. Ölən şəxlərin hər ikisinin üz nahiyəsində qan izləri olub. 
Faktla bağlı araşdırma aparılır.







Tags:  Lənkəranda ər arvadının meyiti tapılıb

RƏYLƏR


Top news