Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Lənkəranda ahıl ər-arvadın MÜƏMMALI ÖLÜMÜ

Lənkəranda ahıl ər-arvadın MÜƏMMALI ÖLÜMÜ

Date: 22 November 2016 13:38

Lənkəran şəhərində ahıl ər-arvadın evlərində meyiti aşkarlanıb.

Xəbərə görə, hadisə şəhərin Şəhidlər xiyabanı 10 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 1939-cu il təvəllüdlü Aydın Mirzəli oğlu Allahverdiyev və onun həyat yoldaşı 1941-ci il təvəllüdlü Azadə Rəcəb qızı Allahverdiyevanın meyiti bu gün saat 13.00 radələrində tapılıb.

Ölümün səbəbləri hələlik məlum deyil. Onların hər iksinin ağzından qan axdığı bildirilir.

Meyitlər müayinə üçün morqa aparılacaq.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır. (Apa)


Tags:  Lənkəranda ahıl ər-arvadın MÜƏMMALI ÖLÜMÜ

RƏYLƏR


Top news