Dəhşətli yanğınla bağlı məhkəmə davam edir

Dəhşətli yanğınla bağlı məhkəmə davam edir
13:39 22 Noyabr 2016
142 Digər
Ölkə mətbuatı
A- A+

Ucarda yol qəzası yanğınla nəticələndi (01 May 2017 07:04)
FHN Bakıda bazarda baş vermiş yanğınla bağlı məlumat yaydı (04 Aprel 2017 05:08)
FHN “Təzə Bazar”dakı yanğınla bağlı məlumat yaydı (04 Aprel 2017 04:29)

Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş dəhşətli yanğınla bağlı həbs olunmuş “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov, Binəqədi rayon icra hakiminin sabiq müavini Qəzənfər Novruzov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.


Lent az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə əlavə şahid qismində Namiq Əliyev ifadə verib.

O, ifadəsində bildirib ki, 2007-ci ildən "Global Construcion"da texniki şöbənin rəisi olub:

 

"İstanbul Texnik Universitetinin məzunuyam. Bakıda müxtəlif şirkətlərdə çalışmışam. 2007-ci ildə "Global Construcion"a gəldim. 2 ay sınaq keçib, vəzifəmi icra etməyə başladım. İşlədiyim dövrdə bütün görülən işlər beynəlxalq standartlara uyğun aparılıb. İSO-nun 2 sertifikatını almışıq. İşlərin keyfiyyəti həm sahədə həm də ofisdə yoxlanılırdı. Şirkətin təsisçiləri Miryusif və Hüseynbala müəllim olub. Onlar bizə heç zaman göstəriş verməyib. Şirkəti ümumi şöbələr idarə edirdi. Təsisçilər yalnız illik tədbirlərdə gəlirdilər, bizi motivasiya edirdilər".


Hadisə zamanından danışan şahid bildirib ki, həmin vaxt ofisdə olub: "Yanğınla bağlı xəbəri internetdən aldım. Durub hadisə yerinə getdim. Həmin yerdə ofisin digər əməkdaşları da vardı. Onlar mənə ofisin bağlandığını dedilər. Bildim ki, ofisi MTN mühasirərəyə alıb və heç kimi içəri buraxmırlar".

Namiq Əliyev onu da qeyd edib ki, istintaq zamanı da ifadə verib.


Məhkəmə prosesi sabah saat 10 qədər fasilə elan edib. 




Qeyd edək ki, keçən il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin İdarə Heyətinin sədr müavini Əsgərov Ələkpər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəmoğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.

A.Əlibəyov və A.Məmmədov barəsində isə həbs qətimkan tədbiri seçilməyib.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Elmar Məmmədyarov iyulda Macarıstana səfər edəcək

29 May 2017 14:15

Sülh Platformasından Vahan Martirosyanla bağlı BƏYANAT

29 May 2017 14:14

"Maşın şou"da "qarşıdurma" başladı: İlk gündən görüntülər - FOTO

29 May 2017 14:12

Arda və Rafinya "Barselona"dan gedir?

29 May 2017 14:12

"Milli Ön"dən pul oğurlayan tutulub

29 May 2017 14:08

Oruc tutanlar üçün möcüzəli susuzluq resepti

29 May 2017 14:08

Millimizin gücü İslandiyaya çatdı

29 May 2017 14:05

Cəhənnəmdən arvadına məktub və gül buketi göndərdi

29 May 2017 14:03

"Maşın Şou"da ilk Qarşıdurma - FOTOLAR

29 May 2017 13:59

İvanka Tramp plastik əməliyyat gözəliymiş - FOTOLAR

29 May 2017 13:58

"Hədəfimiz qələbədi" - Qaret Makoli

29 May 2017 13:57

OPEC+ hər an anlaşmanın şərtlərini dəyişə bilər

29 May 2017 13:57

Qələbə dairəsində niyə işıqfor qoyuldu?

29 May 2017 13:57

Uşaqlarını ataraq sevgilisinə qoşulub gedən Yağmuru əmisi oğlu qətlə yetirdi

29 May 2017 13:52

Xərçəng xəstəsi olan "Yeşilçam" ulduzundan xəbər var

29 May 2017 13:47

Şimali İrlandiya yığması qonşu ölkədə hazırlaşacaq

29 May 2017 13:47

Avtobuslar "Koroğlu"da əvvəlki yerlərində dayanacaqlar

29 May 2017 13:43

İran ilk əməliyyat peykini buraxacaq

29 May 2017 13:42

"Forbes" ən bahalı şirkətlərin yeni reytinqini açıqlayıb

29 May 2017 13:42

"Aylı gecə, sərin külək..."

29 May 2017 13:40

Oruc tutarkən sağlamlığınızdan olmamaq üçün oxuyun!

29 May 2017 13:38

"Qəbələ" 3-cü ola bilmədi

29 May 2017 13:37

Lənkəran Dövlət Universitetində əmək yarmarkası keçirilib

29 May 2017 13:32

Paytaxt sakini bədbəxt hadisənin qurbanı oldu

29 May 2017 13:32

Filippində terror can almaqda davam edir - səfərbərlik elan olundu - FOTOLAR

29 May 2017 13:28

Efirə getməyən biabırçı kadr - Gəlin namizəd oğlanın əlini... - VİDEO

29 May 2017 13:27

Kişi döymək festivalı keçirildi

29 May 2017 13:26

Messi Ronaldoya çatdı

29 May 2017 13:22

Prezidentin köməkçisi: "Beynəlxalq aləmdə kimin necə qiymət verməsindən asılı olmayaraq, biz özümüzü haqlı hesab edirik"

29 May 2017 13:22

Cəlilabadda FACİƏ - 2 nəfər çayda boğuldu

29 May 2017 13:22

Dağda selfi çəkmək istəyən qızın faciəli sonu

29 May 2017 13:18

"Dnepr"in futbolçusunu hansı klublarımız istəyir? - ÖZƏL

29 May 2017 13:17

Türk klubundan şok qərar: hamısı qovulur, yalnız o qalır

29 May 2017 13:17

Bulvarda qeyri-adi qadın peyda oldu

29 May 2017 13:16

Türkiyə əsas birja indeksinin denominasiyasına hazırlaşır

29 May 2017 13:12

Bakıda olay: avtobusun açıq qapısından yıxılıb öldü

29 May 2017 13:09

ADU: Dövlət imtahanı verməmək üçün şou yaradanların “arqument”ləri əsassızdır

29 May 2017 13:08

Cəlilabad sakinləri çayda boğulublar

29 May 2017 13:08

NATO PA Gürcüstanın Avroatlantik strukturlara inteqrasiyasını dəstəkləyən bəyannamə qəbul edib

29 May 2017 13:07

“Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzi əvvəlki yerinə qaytarılır

29 May 2017 13:07

Azərbaycan ordusu kazarmalardan çıxdı

29 May 2017 13:07

Günün matçlarını yayımlayacaq kanallar

29 May 2017 13:05

Oğul anasını güllələyib qaçdı - Mingəçevirdə

29 May 2017 13:05

Bred Pitin hind filmində çəkilməmə səbəbi güldürdü - VİDEO - FOTO

29 May 2017 13:05

Usta qaçırdığı avtomobillə qəza törədib öldü – TƏFƏRRÜATLAR

29 May 2017 13:04

Mingəçevir polisi anasını qətlə yetirən oğulu axtarır

29 May 2017 13:01

Məktəb yoldaşını döyərək öldürdü - Masallıda

29 May 2017 12:59

Ermənistanla sərhəddə keçirilən əmliyyatın görüntüləri - VİDEO

29 May 2017 12:58

Rumıniyanın energetika nazirinin müavini Azərbaycana gələcək

29 May 2017 12:57

Ramil Şeydayevin çempionluq sevinci - VİDEO

29 May 2017 12:57