Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Millimizin futbolçusu "Qalatasaray"la görüşdə oynayacaqmı?

Millimizin futbolçusu "Qalatasaray"la görüşdə oynayacaqmı?

Date: 22 November 2016 13:42

"Bursaspor"un formasını geyinən Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmaz zədələnib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 28 yaşlı futbolçu kollektivlə birgə məşqlərə qatılmayıb.

Yılmazın zədəsi ciddi olmasa da, ayağında ağrı hiss etdiyi üçün "Bursaspor"un baş məşqçisi Hamza Hamzaoğlu onunla bağlı risk etmək istəməyib. Bu səbəbdən millimizin üzvü komandanın digər zədəliləri - Bilal Kısa, Aziz Behiç və Tomas Sivokla birlikdə ayrıca çalışıb.
 
Yılmazın Türkiyə çempionatının XII turu çərçivəsində "Qalatasaray"la səfər görüşündə iştirak edib-etməyəcəyi hələ müəyyənləşməyib. Dəniz zədəsini sağaldıb, komanda ilə məşqlərə başlaya bilməsə, oyunu kənardan seyr etməli olacaq.
 
Qeyd edək ki, "Qalatasaray" - "Bursaspor" matçı noyabrın 25-də keçiriləcək. 

Milli.Az


Tags:  Millimizin futbolçusu Qalatasarayla görüşdə oynayacaqmı

RƏYLƏR


Top news