Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ərdoğan: "Gülən Klintona maliyyə yardımı edib"

Ərdoğan: "Gülən Klintona maliyyə yardımı edib"

Date: 22 November 2016 13:52

"Fətullah Gülənin rəhbərlik etdiyi terror təşkilatı ABŞ-da keçirilən prezident seçkilərində demokratların namizədi olan Hillari Klintona seçki kampaniyasının təşkili üçün maliyyə yardımı göstərib".

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib:

"Donald Tramp kampaniyasını öz hesabına həyata keçirib. O, bu seçkiyə qədər heç vaxt siyasətlə məşğul olmayıb. Ancaq onun rəqibi özü gücünə inanan, təcrübəli siyasətçi olub. O, hansı mənbədən maliyyələşib? FETÖ ABŞ-dakı seçkilərdə Klintona yardım göstərən təşkilatlardan biri olub".

Ərdoğan bildirib ki, Trampın qələbəsi ABŞ siyasi həyatında yeni dövrün başlanğıcıdır. O əlavə edib ki, Trampın seçkiqabağı kampaniya zamanı səsləndirdiyi fikirlərə baxmayaraq, müsəlmanlara qarşı aqressiv olacağına inanmır.

Milli.Az


Tags:  Ərdoğan Gülən Klintona maliyyə yardımı edib

RƏYLƏR


Top news