Sarkisyanı Putinin cibindən oğurlamaq üçün YENİ HƏMLƏ

Sarkisyanı Putinin cibindən oğurlamaq üçün YENİ HƏMLƏ
13:53 22 Noyabr 2016
82 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanda 2017-ci ilin aprel ayında keçiriləcək parlament seçkilərinə hazırlıq çərçivəsində müxalifət qərbyönümlü seçki blokunun yaradılması üzrə danışıqlar aparır.

Publika.az xəbər verir ki, bu haqda öz mənbələrinə istinadən yerli “Jamanak” qəzeti yazıb.

Nəşrin məlumatına görə, müxalifət seçki blokunun yaradılmasının bir neçə variantını müzakirə edir. “Respublika” və “Vətəndaş müqaviləsi” partiyalarının ittifaqı ən ehtimal edilən variantdır. “Respublika” partiyasının rəhbəri Aram Sarkisyan dəfələrlə bildirib ki, qarşıdakı seçkilərdə blok formatında iştirak edəcək.

“Söhbət Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünə qarşı sıxan güclərlə əməkdaşlıqdan söhbət gedir”, - qəzet yazıb.

Nəşr xatırladır ki, “Vətəndaş müqaviləsi”nin keçmiş rəhbəri, Ermənistan parlamentinin deputatı Nikol Paşinyan ölkənin Avrasiya İqtisadi İttifaqından çıxmasını hazırda yanlış hesab edir. Amma o, parlamentdə razılaşmanın əleyhinə səs verib.

Bu güclərə Avropa İttifaqı ilə assosiasiyanı dəstəkləyən “İrs” partiyası da qoşula bilər. Partiya rəhbərliyi bir gün əvvəl genişləndirilmiş iclas keçirib və müxalifət güclərinin birləşməsinə ehtiyac olduğunu bildirib.

“Jamanak”ın əməkdaşı ilə söhbətində “İrs” partiyasının sədr müavini Armen Martirosyan təsdiq edib ki, hazırda seçki blokunun yaradılması haqqında danışıqlar aparılır. Amma o, danışıqların iştirakçılarının adını açıqlamaqdan imtina edib. Martirosyan əlavə edib ki, danışıqlarda iştirak edən güclərin xarici siyasət oriyentasiyası əhəmiyyətlidir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/176916.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR