Norveç şahmatçısı Maqnus Karlsen rusiyalı Sergey Karyakinlə dünya şahmat tacı uğrunda keçirilən görüşün VIII partiyasından sonra mətbuat konfransında iştirak etmədiyi üçün cərimələnib.
Milli.Az Report-a istinadən xəbər verir ki, hazırkı dünya çempionu mükafatının 10 faizindən məhrum olub.
Qara fiqurlarla oynayan Karyakin ötən partiyada norveçli zəka sahibinə 4.5:3.5 hesabı ilə qalib gəlib. Bundan sonra Karlsen jurnalistlər önünə çıxmayıb.
IX partiya noyabrın 23-də olacaq. Görüş ümumilikdə 12 partiyadan ibarətdir. Qalib 12 partiyaya və ya daha erkən müəyyənləşərsə, mükafat fondu olan 1 milyon dolların 60%-i yeni çempionun, 40%-i isə məğlub idmançının payına düşəcək.
Milli.Az