Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dünya çempionu mətbuat konfransına qatılmadığı üçün cərimələndi

Dünya çempionu mətbuat konfransına qatılmadığı üçün cərimələndi

Date: 22 November 2016 14:08

Norveç şahmatçısı Maqnus Karlsen rusiyalı Sergey Karyakinlə dünya şahmat tacı uğrunda keçirilən görüşün VIII partiyasından sonra mətbuat konfransında iştirak etmədiyi üçün cərimələnib.

Hazırkı dünya çempionu mükafatının 10 faizindən məhrum olub.

Qara fiqurlarla oynayan Karyakin ötən partiyada norveçli zəka sahibinə 4.5:3.5 hesabı ilə qalib gəlib. Bundan sonra Karlsen jurnalistlər önünə çıxmayıb.
IX partiya noyabrın 23-də olacaq. Görüş ümumilikdə 12 partiyadan ibarətdir. Qalib 12 partiyaya və ya daha erkən müəyyənləşərsə, mükafat fondu olan 1 milyon dolların 60%-i yeni çempionun, 40%-i isə məğlub idmançının payına düşəcək. (report)


Tags:  Dünya çempionu mətbuat konfransına qatılmadığı cərimələndi

RƏYLƏR


Top news