Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan klublarının Çempionlar Liqasındakı oyunlarının təqvimi müəyyənləşib

Azərbaycan klublarının Çempionlar Liqasındakı oyunlarının təqvimi müəyyənləşib

Date: 22 November 2016 14:12

Bakı. 22 noyabr. REPORT.AZ/ Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək qadın voleybolçulardan ibarət "Azərreyl" və "Telekom" komandalarının qrup mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib. 
"Report"un məlumatına görə, A və C qruplarında yer alan ölkə təmsilçiləri dekabrın 15-dən mübarizəyə start verəcək.
A qrupunda yer alan vitse-çempion "Telekom" ilk oyununu İtaliyada "İmoko Volley"ə qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. "Telekom" III turda da İtaliyaya səfər edəcək. Bu dəfə rəqib "Liu Jo Nordmeccanica" olacaq. Oyunun günü və başlama saatı açıqlanmayıb. "Telekom" sonuncu səfər görüşünü fevralın 21-də Polşanın "Ximik" komandasına qarşı keçirəcək.
Bakı təmsilçisi ilk ev oyununda 2017-ci il yanvarın 10-da "Ximik" klubunu qəbul edəcək. "Telekom" növbəti ev oyunlarını fevralın 8-də "Nordmekkanika"ya, bundan 20 gün sonra isə "İmoko Volley"ə qarşı keçirəcək. Sərhədçi İdman Olimpiya Mərkəzində keçiriləcək hər üç görüş saat 17:00-da başlayacaq.
C qrupunda mübarizə aparacaq çempion "Azərreyl" isə ilk oyununu evdə keçirəcək. Azərbaycan təmsilçisi dekabrın 15-də Polşanın "Dabrova Qornitsa", fevralın 9-da Fransanın "Sen-Rafael", həmin ayın 23-də isə Türkiyənin "Fənərbağça" klubunu qəbul edəcək. Bakı Voleybol Mərkəzində keçiriləcək görüşlər saat 18:00-da başlayacaq.
"Azərreyl"in ilk səfəri yanvarın 11-də Türkiyəyə olacaq. İstanbulda "Fənərbağça" ilə keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Yanvarın 25-də Fransada yarışacaq komanda Bakı vaxtı ilə saat 23:30-da "Sen-Rafael"lə münasibətlərinə aydınlıq gətirəcək. "Azərreyl"in Polşa səfərinin vaxtı və oyunun başlama saatı açıqlanmayıb.


Tags:  Azərbaycan klublarının Çempionlar Liqasındakı oyunlarının təqvimi müəyyənləşib

RƏYLƏR


Top news