Nazirin keçmiş məsəhətçisi: "6-7 kiloqram qızılımızdan 300-400 qram qalmışdı"

Nazirin keçmiş məsəhətçisi: "6-7 kiloqram qızılımızdan 300-400 qram qalmışdı"
14:12 22 Noyabr 2016
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlandığı elan edilib. Dövlət ittihamçısı ittiham aktını elan edib.
 
R. Əhmədov elan olunan ittiham üzrə özünü təqsirli bilməyib.
 
Sonra zərərçəkmiş Çingiz Baxşıyev ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxslə uzaq qohumudur və R. Əhmədov onun yanında müfəttiş vəzifəsində işləyib: "Qohum olduğumuz üçün mən hər şeyi ona etibar etmişəm. 12 il bir yerdə işləmişik. 2015-ci ilin axırlarında mən yoldaşımla müalicəyə gedirdim. Gedəndə qızıllarımızı Rövşən Əhmədova etibar etdim. Qızılları bankalara yığdıq, üstünə də içində nə olduğunu yazdıq. Rövşənə dedim ki, biz gedib-gələnə kimi bunu saxla, gələndən sonra götürərik. O məni arxayın elədi. Yoldaşım dedi ki, Rövşən, biz ömür boyu nə yığmışıqsa, hamısı buradadır, bunu yaxşı saxla. Orada təxminən 6-7 kiloqram qızıl vardı".
 
Ç. Baxşıyevin sözlərinə görə, R. Əhmədov onun həyatına qəsd etmək istəyib: "Bu ilin fevral ayında Rövşən Əhmədov Bayraq meydanında mənimlə gəzirdi. Onun əlində su vardı, sonra o suyu mənə təklif etdi və mən də içdim. Sonra səhər yuxudan duranda, halım pisləşdi. Məni xəstəxanaya apardılar, mədəm qan içindəydi. Uzun müalicədən sonra halım düzəlmədi, məni təcili Avstriyaya apardılar. İki həftə orada qaldım, amma bir şey tapa bilmədilər. Mədəmdə iki litr qan vardı. Rövşən mənə dedi ki, qızılları hara qoyum? Mən də dedim ki, qızılları qızım Fatmaya ver. Qızım isə mənə dedi ki, qızılların üstündən götürülüb. Çünki qızıllar ona veriləndə 6-7 kiloqram idi. Mən qayıdanda, qızım mənə dedi ki, qızıllar çox yüngüldür. Mən baxdım, orada 300-400 qram qızıl qalmışdı. Sonra Rövşənə zəng elədim ki, bizə gəl. Rövşənin yanında bağlamanı göstərib dedim ki, burada heç nə yoxdur. İkinci qab bomboş idi. Soruşdum ki, qızıllar haradadır? Rövşən qışqırmağa başladı. Sonra ona zəng etdim, telefona cavab vermədi. Sonradan dedi ki, məndə qızıl yoxdur. Belə olan halda mən şikayət etdim və Rövşəni saxladılar. Müstəntiqə deyirdi ki, məni buraxın, qızılları gətirim. Bundan sonra Rövşənin vəkili vasitəsilə mətbuatda əleyhimə böhtan kampaniyası başladı. Mənə hər tərəfdən təzyiq başladı".
 
Sonra Ç. Baxşıyev prokuror və vəkilin suallarını cavablandırıb.
 
Proses dekabrın 1-də davam etdiriləcək. 
 
Qeyd edək ki, R. Əhmədov nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevə qarşı dələduzluqda ittiham edilir. İttihama görə o, Ç. Baxşıyevə məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını öz mülkiyyətinə keçirib. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Qadının böyrəyini oğurladılar - ŞOK HADİSƏ

21 İyul 2017 10:38

Roman Qriqorçuk: "Futbolçularımla fəxr edir, onları sevirəm"

21 İyul 2017 10:37

İntihar edən müğənninin xanımının hesabını ələ keçirib, iyrənc paylaşımlar etdilər - FOTO

21 İyul 2017 10:37

Şifrləyici virus proqramları istifadəçilərə nə qədər ziyan vurub?

21 İyul 2017 10:35

Bakıda idmançı "Galendewagen"lə ağır qəza törətdi: ölən var

21 İyul 2017 10:34

Müğənninin öldüyü gün klipi izlənmə rekordu qırdı

21 İyul 2017 10:30

Yerevanda yaşlı kişi arvadının gözü qarşısında intihar edib

21 İyul 2017 10:27

Venesuela xalqı hökümətə qarşı etiraza qalxdı: 3 ölü

21 İyul 2017 10:23

DİQQƏT: "Dostum evlənir" yazmayın

21 İyul 2017 10:23

Hadisə küçədə yatdı - "Qorxulu bir gecə idi" - FOTO

21 İyul 2017 10:22

Tanınmış aktrisa LÜKS yaxtada çimərlik geyinmində görüntüləndi - FOTO

21 İyul 2017 10:18

Çində mağazada PARTLAYIŞ - 2 ölü, 55 yaralı

21 İyul 2017 10:17

“ASAN xidmət” indeksi üzrə qiymətləndirmə qrupunun fəaliyyəti yekunlaşır

21 İyul 2017 10:17

Avropa Liqası: III təsnifat mərhələsinun cütlükləri

21 İyul 2017 10:17

Avropa Liqası II təsnifat mərhələsinin nəticələri

21 İyul 2017 10:17

Yol polisinin evakuatorları cərimələnəcək

21 İyul 2017 10:17

Ağciyərləri 3 günə təmizləyən qarışıq

21 İyul 2017 10:15

Azərbaycanlı aparıcı komaya düşdü - FOTO

21 İyul 2017 10:12

Tanınmış aktrisa sudan elə bir şey tapdı ki...

21 İyul 2017 10:10

Cəbhədən son məlumat

21 İyul 2017 10:07

"Bütün otel həyətdədir" - İlkin Həsəninin Türkiyə istirahətini zəlzələ pozdu - FOTO

21 İyul 2017 10:05

Bülənt Ərsoyun makiyajsız halı hamını çaşdırdı

21 İyul 2017 09:59

Kamran Ağayevin yeni klubu bəlli oldu

21 İyul 2017 09:58

Sevilən müğənni "O ses Türkiye"nin münsifi olacaq

21 İyul 2017 09:57

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (21.07.2017)

21 İyul 2017 09:57

Cəbhədə gərgin gecə

21 İyul 2017 09:53

Atəşkəs 123 dəfə pozuldu

21 İyul 2017 09:49

BODRUMDA olan azərbaycanlı məşhurlar zəlzələ təəssüratlarından danışdı – FOTO

21 İyul 2017 09:48

“Petkim” xarici ticarət sərmayə şirkətləri siyahısına daxil edilib

21 İyul 2017 09:47

Cəbhədə vəziyyət gərgin olaraq qalır - Düşmənin növbəti təxribatı...

21 İyul 2017 09:47

Məscidi-Aksada TERROR təhlükəsi - VİDEO

21 İyul 2017 09:43

Ermənilər atəşkəs rejimini 123 dəfə pozub

21 İyul 2017 09:42

Neft ucuzlaşır

21 İyul 2017 09:42

Azərbaycan nefti bahalaşmaqda davam edir

21 İyul 2017 09:42

Müğənni Damla avtomobildə rəqs etdi - VİDEO

21 İyul 2017 09:42

Auditorlar Palatası “KPMG”də keyfiyyətə nəzarət yoxlaması keçirəcək

21 İyul 2017 09:37

"Qalatasaray"ın "Ostersun" faciəsi - VİDEO

21 İyul 2017 09:37

Polşanın xarici işlər naziri Azərbaycana gələcək

21 İyul 2017 09:37

Bu günə olan məzənnə

21 İyul 2017 09:35

Bu günün VALYUTA MƏZƏNNƏLƏRİ

21 İyul 2017 09:33

6 nəfər İSTİDƏN öldü - Meksikada

21 İyul 2017 09:32

MilliÖn niyə işləmir? - FOTO

21 İyul 2017 09:32

Avtomobillə vurulan ana və 4 aylıq oğlu öldü

21 İyul 2017 09:32

Manatın MƏZƏNNƏSİ

21 İyul 2017 09:32

Neft ucuzlaşdı

21 İyul 2017 09:28

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (21.07.2017)

21 İyul 2017 09:27

Sumqayıt sakini özünü asıb

21 İyul 2017 09:22

Konsertdən 18 milyon dollar qazandılar

21 İyul 2017 09:21

Qarpız alarkən diqqətli olun!

21 İyul 2017 09:19

Kamran Ağayev Çexiya klubunda

21 İyul 2017 09:17