Canlı yayımda: "Rövşən, sən əclafsan" - VİDEO

Canlı yayımda: "Rövşən, sən əclafsan" - VİDEO
14:17 22 Noyabr 2016
427 Ölkə
Ölkə mətbuatı
A- A+

"Kim? Nə? Harada?" intellektual klubunun üzvləri Andrey Kozlov və azərbaycanlı Rövşən Əsgərov "Büllur atom" mükafatını qazanan komandanın oyunu zamanı mübahisə ediblər. Yarış canlı yayımla efirə verilib.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, Əsgərov iddia edib ki, Kozlov masa arxasında oturan oyunçulara sualın cavabını deyib. Nəticədə suala cavab müzakirə olunmadan verilib. 

Verilişin aparıcısı isə buna fikir verməyib. Əsgərov buna etirazını bildirib. Kozlov canlı yayımda Əsgərova "əclaf" deyərək təhqir edib.

"Mən burada susmaq niyyətində deyiləm. Rövşən, sən əclafsan. Mən başqa nə deyə bilərəm? Sən bizi qısqanırsan. Uşaqlar yaxşı oynayırlar, sən isə yox. Bundan artıq mən sizinlə danışmaq istəmirəm", - deyə Kozlov söyləyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/491881.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR