Rumıniya ilə Azərbaycan arasında əməkdaşlıq genişləndirilir

Rumıniya ilə Azərbaycan arasında əməkdaşlıq genişləndirilir
14:22 22 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 22 noyabr. REPORT.AZ/ “Azərbaycan Dəmir Yolları” QSC-də Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Yanku ilə görüş keçirilib. "Report" bu barədə “Azərbaycan Dəmir Yolları”na istinadən xəbər verir.
Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycanın tranzit imkanları, nəqliyyat qurumlarının Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizlərinin fəaliyyətində aktiv iştirakı barədə söhbət açıb.
İkitərəfli görüşdə bu nəqliyyat dəhlizlərinin inkişafı və “Azərbaycan Dəmir Yolları”nın bu sahədə fəaliyyəti, rumıniyalı tərəfdaşlarla əməkdaşlığın perspektivləri, Rumıniyanın Konstansa və Gürcüstanın Poti limanlarından keçməklə Gürcüstan, Azərbaycan və İran, eləcə də əks istiqamətdə yük daşımalarının təşkili imkanları müzakirə olunub.
Rumıniyanın Azərbaycandakı səfiri D.Yanku ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacibliyini deyib.
Xatırladaq ki, bu ilin aprel ayında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri C.Qurbanov Rumıniyada səfərdə olarkən, Cənub-Qərb beynəlxalq marşrutu ilə yük daşımalarının təşkili imkanlarını müzakirə edib. Bu ilin oktyabrında isə C.Qurbanovun Tehranda apardığı danışıqlar zamanı, “DB Cargo” şirkətinin iştirakı ilə sınaq qatarının məhz Rumıniyanın Konstansa şəhərindən, Cənub-Qərb marşrutu ilə göndərilməsinə dair qərar qəbul edilib. Həmin qərara əsasən, test qatarı Konstansa limanından yola salınacaq və 8 gün ərzində Tehrana çatacaq.
Qeyd edək ki, Rumıniyanın “Translogist Sistem SRL” şirkəti Trans-Xəxər Beynəlxalq Nəqliyyat Marşrutunun Əlaqələndirmə Komitəsinin üzvüdür. Beləliklə, Rumıniyanın Azərbaycanla nəqliyyat sahəsində bu marşrut üzrə də əməkdaşlıq edir.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azerbaycan-demir-yollari-qsc-de-ruminiyanin-azerbaycandaki-fovqelade-ve-selahiyyetli-sefiri-ile-g

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR