Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda danışılmış oyunlar: 24 futbolçu, 1 hakim...

Azərbaycanda danışılmış oyunlar: 24 futbolçu, 1 hakim...

Date: 22 November 2016 14:27

UEFA-nın danışılmış oyunlarla bağlı AFFA-ya göndərdiyi məktubla bağlı araşdırmaların bəzi təfərrüatları açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, danışılmış oyunlarda adları hallananlar I divizion təmsilçiləridir.

Siyahıda təxminən 10 qarşılaşma var. Onlardan biri "Göyəzən" - "Şahdağ" qarşılaşmasıdır. VII turun 1:1 hesabı ilə yekunlaşan görüşünün nəticəsinin öncədən razılaşdırıldığı üzə çıxıb.
 
Bu 2 klubdan başqa, "Rəvan", "Şərurspor" və "Energetik"in də adı danışılmış oyunlarda iştirakda hallanır. Bundan başqa, danışılmış oyunlarda rolu olan şəxslərlə bağlı araşdırmalar da aparılır ki, burada 24 futbolçu, 1 klub rəsmisi və 1 hakimin adı qara siyahıya düşüb.

Milli.Az


Tags:  Azərbaycanda danışılmış oyunlar 24 futbolçu hakim

RƏYLƏR


Top news