M.V.Lomonosov adına MDU filialı Bakıda "açıq qapı günü" keçirəcək

M.V.Lomonosov adına MDU filialı Bakıda "açıq qapı günü" keçirəcək
14:27 22 Noyabr 2016
117 Ölkə
Ölkə mətbuatı
A- A+

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı 2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları ilə tanış olmaq məqsədilə abituriyentləri "açıq qapı günü"nə dəvət edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, həmin gün MDU-nun Bakı filialının filologiya, tətbiqi riyaziyyat, kimya, psixologiya, iqtisadiyyat və yeni açılan fizika fakültələrində bakalavr hazırlığı ilə bağlı hərtərəfli məlumat almaq imkanı əldə edəcəksiniz.

"Açıq qapı günü" 26 noyabr 2016-cı il tarixində saat 14:00-da aşağıdakı ünvanda keçiriləcək:

Bakı şəh., H.Cavid prospekti, 133 (Metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığında)

Əlaqə telefonu: (012) 598 93 32

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/491924.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR