2017-2020-ci illər üçün orta aylıq əmək haqqı proqnozu məlum olub.
Publika.az xəbər verir ki, 2017-ci il dövlət büdcəsi zərfində qeyd olunub ki, gələn il ölkədə orta aylıq əmək haqqı 508,4 manata çatacaq. Bu, 2016-cı ilin gözlənilən göstəricisindən 3,7% çoxdur.
2017-2020-cu illərdə də ölkə üzrə orta aylıq əmək haqqında artım templəri davam edəcək. 2018-ci ildə orta aylıq əmək haqqı 521,6 manata bərabər olacaq ki, bu da 2017-ci il ilə müqayisədə 2,6% çox deməkdir.
2019-cu ildə bu göstəricinin 532,9 manata çatacağı, 2020-ci ildə 544 manat təşkil edəcəyi gözlənilir. Bu, da 2016-cı ilin göstəricisindən təxminən 11% çoxdur.
İqtisadiyyat şöbəsi