Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hakim oğlunu öldürən sürücü ifadə verməkdən imtina etdi

Hakim oğlunu öldürən sürücü ifadə verməkdən imtina etdi

Date: 22 November 2016 14:32

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Tərtər Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu Rüfət Allahverdiyevi avtomobillə vurmaqda təqsirləndirilən Rəhim Kərimovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş tərəf dəymiz ziyana görə qarşı tərəfdən 149 min manat tələb edib. Zərərçəkmiş tərəfin vəkili bildirib ki, həmin məbləğin bir hissəsi xəstə uşaqların müalicəsi üçün uşaq evinə, qalanı isə bu cür yol hərəkəti qaydalarının pozulması ilə bağlı hazırlanacaq tədris vəsaitləri üçün ADA Universitetinə yönəldiləcək.

Vəsatət təmin edilib.

Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

R.Kərimov elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib. O, sərbəst ifadə verməkdən imtina edib.

Prosesdə hər iki tərəfin vəkilləri arasında mübahisə düşüb.

Təqsirləndirilən şəxsin ibtidai istintaqda dindirilməsi elan olunub.

Zərərçəkmiş, "Real" MMC-nin sabiq direktoru Nizami Abbasov qəza törədən avtomobilin onun olduğunu deyib: "Hazırda MMC müvəqqəti olaraq bağlanıb, avtomobil isə şirkətin olub. Rəhim də orada sürücü işləyirdi. Maşına dəymiş ziyan ödənilib. Rəhimlə isə əmək müqaviləsi bağlanılmışdı. Mənə onun narkotikdən istifadə edib-etməməsi ilə bağlı heç nə məlum deyil".

Məhkəmənin baxış iclası noyabrın 29-na təyin edilib.

Qeyd edək ki, mayın 11-də saat 03:00 radələrində Nəsimi rayonu, Bülbül prospektində Bakı şəhər sakini R.Kərimov idarə etdiyi "Mercedes" markalı avtomobillə piyada R.Allahverdiyevi vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. R.Allahverdiyev mayın 12-də orada dünyasını dəyişib.

Hadisədən sonra R.Kərimov Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 267.1-ci (sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları (bu Məcəllənin 263-264-cü maddələrində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Tərtər Hərbi Məhkəməsinin hakimi E.Allahverdiyevin oğlu R.Allahverdiyev ADA Universitetinin 3-cü kurs tələbəsi olub.

Milli.Az


Tags:  Hakim oğlunu öldürən sürücü ifadə verməkdən imtina etdi

RƏYLƏR


Top news