Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda 2011-ci ilin QIŞI - XƏBƏRDARLIQ

Azərbaycanda 2011-ci ilin QIŞI - XƏBƏRDARLIQ

Date: 22 November 2016 14:33

Ekologiya və Təbii Sərvətlər Nazirliyi noyabrın 23-24-də havanın minimal temperaturunun 0-4 dərəcə şaxta təşkil edəcəyi ilə bağlı xəbərdarlıq yayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov isə noyabrın ikinci ongünlüyündə temperaturun mənfi olmasının bu dövr üçün xarakterik hesab edilmədiyini deyib. Onun sözlərinə görə, noyabrın 23-24-də havanın temperaturunun 0-4 dərəcə şaxta olması qeyri-adi haldır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova Publika.az-a açıqlamasında 2011-ci ilin noyabr ayında da bu cür hava şəraitinin müşahidə edildiyini deyərək, burada qeyri-adi halın olmadığını bildirib: “Həmin ilin noyabr ayının əvvəlində və sonunda Bakıya qar yağmışdı, şaxtalı, soyuq hava şəraiti qeydə alınmışdı. 2011-ci ildə noyabr ayında mənfi 3 dərəcə şaxta müşahidə edilmişdi. Bu dəfə də 0-4 dərəcə şaxta proqnozlaşdırılması, məhz 4 dərəcə şaxta olacağı mənasına gəlmir. Bu gün günortadan sonra şimal-qərb küləyinin güclənməsi, arabir qar yağması müşahidə ediləcək. Sabah gün ərzində də qar yağması davam edəcək, gündüz saatlarında şimal-qərb küləyi tədricən mülayimləşəcək. 24 noyabrdan artıq temperatur nisbətən yüksələcək”.

Gülxar


Tags:  Azərbaycanda 2011-ci ilin QIŞI XƏBƏRDARLIQ

RƏYLƏR


Top news