Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda həkimə qarşı cinayət

Bakıda həkimə qarşı cinayət

Date: 22 November 2016 14:52

Bakıda tanınmış həkim cinayətə məruz qalıb.

Milli.Az criminal.az-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl həkim-nefroloq Barat Yusubovun avtomobili qarət olunub.

Onun ''Audi'' markalı avtomobilindən 5000 manat pul, iPad və qiymətli əşyalar oğurlanıb. Hadisə bir neçə gün əvvəl Bakının Nərimanov rayonu ərazisində, Ağa Nemətulla küçəsində baş verib.

Hadisə baş verərkən avtomobilin qapıları açıq olub. Avtomobili bir neçə dəqiqəlik tərk edən B.Yusubov geri qayıtdıqda pul və qiymətli əşyaların oğurlandığının şahidi olub. Cinayətlə bağlı polisə müraciət olunub.

Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsində istintaq aparılır. Hələlik saxlanılan yoxdur. 

Milli.Az


Tags:  Bakıda həkimə qarşı cinayət

RƏYLƏR


Top news