ABŞ həmsədrini dəyişir, Rusiya Ermənistanla birgə ordu yaradır, işğal isə davam edir

ABŞ həmsədrini dəyişir, Rusiya Ermənistanla birgə ordu yaradır, işğal isə davam edir
14:57 22 Noyabr 2016
111 Digər
Ölkə mətbuatı
A- A+

Moldova prezidenti: "Azərbaycanın Ermənistanla arasında olan problemlər bizim Dnestryanı məsələsində yoxdur" (02 İyun 2017 05:42)
Ermənilər işğal altında olan Böyük Mərcanlı kəndini yandırdı (25 May 2017 13:05)
Rusiya Türkiyə sərhədində kürdlərlə birgə baza qurur - FOTO (01 May 2017 17:13)

Bakı. 22 noyabr. REPORT.AZ/ Noyabr ayı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir neçə hadisəylə yadda qaldı. Ayın əvvəlində Azərbaycan ordusu irimiqyaslı hərbi təlimlərə başladı.
Prezident İlham Əliyev Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olarkən Ermənistanın işğal etdiyi torpaqların azad ediləcəyini bir daha vurğulayıb və bu ilin aprelindəki dördgünlük döyüşləri xatırladaraq bildirib: “Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir. Lələtəpə tarixə düşdü. Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaq. Ermənistanın siyasi rəhbərliyi nəhayət dərk etməlidir ki, işğalçılıq hərəkətləri onları uçuruma aparır”.

Azərbaycan Silahlı Qüvvələri irimiqyaslı təlimlər keçirdiyi günlərdə isə Rusiya və Ermənistanın Qafqazda kollektiv təhlükəsizlik zonası çərçivəsində birgə ordu yaradacaqları açıqlandı. Rusiya prezidenti Vladimir Putinə təqdim olunan layihədə birgə ordunun Qafqaz bölgəsində tərəflərin təhlükəsizliyini təmin etmək məqsədilə yaradılacağı qeyd olunub.
Müqavilənin 5 il müddətinə imzalandığı və tərəflərin müddəti artırmaq ehtimallarının da olduğu vurğulanıb. Sənədin layihəsinə əsasən, bu ölkələrdən birinə silahlı hücum olarsa, o biri bunun qarşısının alınmasında iştirak edəcək. Bu orduya Ermənistanın Ali Baş Komandanı komandanlıq edəcək. Bununla belə, ordunun fəaliyyəti məsələsində Rusiya Ali Baş Komandanı ilə məsləhətləşəcək. Daha doğrusu, Ermənistan Ali Baş Komandanı bu orduya formal olaraq, gözdən pərdə asmaq xatirinə rəhbərlik edəcək, bütün məsələlər Moskva tərəfindən tənzimlənəcək.

Əslində, belə bir qurumun yaradılması daha çox Ermənistana stavka edən, onu hər addımda dəstəkləyən Qərb ölkələri, o cümlədən ABŞ, Fransa və Almaniya üçün də narahatlıq yaratmalıdır. Çünki Ermənistan NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planına qatılıb, Avropa İttifaqının "Şərq Tərəfdaşlıq Proqramı"nın üzvüdür. Başqa sözlə, Yerevan bir yandan özünü Qərbə inteqrasiya edən ölkə kimi göstərir, o biri yandan isə Qərbin rəqibi ilə Qafqazda birgə ordu yaradır. 
Ermənistan mətbuatının yazdığına əsasən, birgə ordu haqda müqavilə qüvvəyə minəndən sonra Rusiya Ermənistanda 5 korpusa komandanlıq edəcək.
Düzdür, sənədi şərh edən Ermənistan Müdafiə Nazirlyi bildirib ki, bununla mövcud hərbi qruplaşmaların fəaliyyəti qanuniləşdirləcək. Ancaq məsələnin məğzi müqavilənin mahiyyətində və onun perspektiv gücündədir. Əsas sual budur - Rusiya bu anlaşmadan necə və kimə qarşı istifadə edəcək?! Heç şübhəsiz, bu, ilk növbədə Qafqazda Qərblə maraqları üst-üstə düşənlərə, yaxud onunla strateji müttəfiq olanlara qarşı yönəlib. Etiraf etmək lazımdır ki, Cənubi Qafqazdakı dövlətlər Rusiyadan güclü deyil. Bu baxımdan rus-erməni birgə ordusu ilk növbədə Qərbin maraqlarına qarşı yaradılıb. Nəzərə almaq lazımdır ki, Rusiya NATO-nun Avropada Şərqə doğru genişləndiyini görür və bundan ciddi narahat olur. 
Bundan başqa, Ermənistan Rusiya ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müttəfiqdir.

Belə bir ordunun yaradılması bir daha sübut edir ki, Azərbaycan torpaqlarını Ermənistan təkbaşına işğal altında saxlaya bilməz. Bir daha təsdiqləndi ki, bunun müəllifi ərazisi böyük olduğundan torpağa ehtiyac duymayan, yaxud belə ərazidən öz təhlükəsizliyini qorumaq üçün istifadə edən havadarıdır.
Çünki Ermənistanın iqtisadiyyatını artıq Rusiyanın “Qazprom” şirkəti idarə edir. Bu ölkənin siyasi hakimiyyəti Moskvanın məsləhəti ilə hərəkət edir. Bir müddət əvvəl Rusiya ilə Ermənistan arasında hava hücumundan müdafiə sistemlərinin birləşdirilməsi haqqında razılaşma əldə edilib. Bu anlaşma uyğun prosedurlar başa çatdıqdan sonra həyata keçəcək. Bu prosedur isə başa çatmaq üzrədir.
Odur ki, Ermənistan bu hərbi ittifaqla bütövlükdə Rusiyadan asılı vəziyyətə düşür. Belə bir dövlətin mövcudluğu isə daha çox formal xarakter daşıyır.
Qarabağla bağlı əsas xəbərlərdən biri də ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin tutduğu vəzifədən gedəcəyi haqdadır. O, 2013-cü ilin avqustundan bu vəzifəni daşıyır. C.Uorlik bildirib ki, həmsədr kimi səlahiyyət müddəti bu ilin dekabrın 31-də başa çatacaq və fəaliyyətini Rusiyanın “Yeqorov, Puqinski, Afanasyev və tərəfdarları” adlı tanınmış hüquq firmasında davam etdirəcək.

Qeyd edək ki, oktyabrda Fransanı təmsil edən Pyer Andryönü Stefan Viskonti əvəzləyib.
Rusiyalı təmsilçi İqor Popov isə 2011-ci ildən bu vəzifədədir.
Dağlıq Qarabağ münaqişəsinin həllində həmsədrlər səlahiyyət yiyəsi olmadığından onların bir-birini əvəzləməsindən qeyri-adilik gözləməyə əsas yoxdur. Onlar söz aparıb gətirən əlaqələndiricilərdir. Həmsədrlər ya burada fəaliyyət göstərərək diplomatik təcrübə toplayır, ya da bu qrupdan təqaüdə gedirlər. Lap Ceyms Uorlik kimi.
Dağlıq Qarabağın işğaldan azad edilməsində onların şəxsi rolu sıfır səviyyəsindədir. 
Bu məsələdə Azərbaycanın əsas istəyi, tələbi işğalçının torpaqlarından çıxmasıdır. Mövcud vəziyyət isə Azərbaycanı, təbii olaraq qane etmir. Çünki beynəlxaq hüquq və ədalət Azərbaycanın tərəfindədir.
Ərazi bütövlüyü ilə bağlı Azərbaycan qarşısında şərt irəli sürüb, kompromisdən danışan əsas iki dövlətdən biri ABŞ-dır.

Amma dünyanın supergücünün özü də ərazi bütövlüyü problemi ilə üzləşə bilər. Bu dövlətin ərazi bütövlüyü məsələsi ilə bağlı bir xəbər yayılıb.
“Yes California” hərəkatının üzvləri “Calexit” şüarı ilə çıxış edirlər. Yəni Kaliforniya ştatının ABŞ-ın tərkibindən çıxması haqda referendumun keçirilməsi ilə bağlı təklifi ştatın Baş Prokurorluğuna təqdim ediblər. Kaliforniyanın ABŞ-ın tərkibindən çıxmasının tərəfdarları 2018-ci ildə səsvermənin keçiriləcəyinə ümidvardırlar. 2019-cu ildə isə onlar bu ştatın müstəqilliyini elan etməyi planlaşdırırlar.
Prokurorluğa belə bir müraciətin edilməsinə təkan verən amil Donald Trampın ABŞ prezidenti seçilməsidir. "Yes California” hərəkatının həmtəsisçisi Ruis Evans deyib ki, D.Trampın ABŞ prezidenti seçilməsi Kaliforniyanın müstəqilliyi prosesini sürətləndirəcək. 
ABŞ əhalisi və onun bütövlüyünü, qüdrətli olmasını istəyən siyasətçilər və siyasi dairələr buna razı olacaqmı? Əsla yox. O zaman dünyanın supergücü niyə başqa dövlətin ərazi bütövlüyünün parçalanmasına qarşı sərt və birmənalı mövqe tutmur? Bu elə ATƏT-in Minsk qrupunun yerdə qalan iki həmsədrinə də oxşar kontekstdə aiddir.

Beləlikə, noyabrda Dağlıq Qarabağla bağlı üç hadisəyə nəzər saldıq. Məlum oldu ki, Azərbaycan tərəfi öz haqlı tələblərinin yerinə yetirilməsini bir daha beynəlxalq ictimaiyyətə çatdırdı. Ceyms Uorlik Minsk qrupunun həmsədrliyindən təqaüdə gedir. Mövcud münaqişənin həllində maraqlı olduğunu bəyan edən Rusiya isə işğalçı ilə birlikdə ordu qurur. Bütün bunlar isə işğalçının xeyrinə olan amillərdir. 

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İlham Əliyev: "Ermənistana layiqli cavab veririk"

23 İyun 2017 14:59

Poroşenko impiçmentə doğru - QANUN LAYİHƏSİ

23 İyun 2017 14:58

Prokuror çıxışında “Zaminbank”ın keçmiş filial müdirinə cəza istəyib

23 İyun 2017 14:57

Marko Verratti hələ də çəkir - FOTO

23 İyun 2017 14:57

"Gazelli Art House" Bakıdakı fəaliyyətini bərpa edib

23 İyun 2017 14:57

Rusiya Ermənistanı yeni müharibəyə sürükləyir - FƏLAKƏT SSENARİSİ

23 İyun 2017 14:53

Polis Londonda çoxmərtəbəli yaşayış binasında təxminən 80 nəfərin ölümünə səbəb olan yanğının səbəbini açıqlayıb

23 İyun 2017 14:52

Xəzər Dəniz Gəmiçiliyi üçün yeni bina inşa olunacaq

23 İyun 2017 14:52

Ermənistan Dağlıq Qarabağı narkotik plantasiyalarına çevirir - Bölgədə ikinci Əfqanıstan

23 İyun 2017 14:52

Çempionlar Liqasının oyunu azərbaycanlı hakimlər briqadasına həvalə olunub

23 İyun 2017 14:52

Murad onunla barışdı

23 İyun 2017 14:51

İlham Əliyev: Daxili və xarici siyasətimiz, iqtisadi və sosial sahələrlə bağlı təşəbbüslərimiz bəyənilir və dəstəklənir

23 İyun 2017 14:50

Qadın onu bıçaqlayan ərini bağışladı

23 İyun 2017 14:49

Mark Zukerberq ilk dəfə iftara qatılıb

23 İyun 2017 14:47

"Zirə" - "Differdanj" oyununun hakimləri açıqlanıb

23 İyun 2017 14:47

Fenomenal kəşf edən alimin iti məşhurlaşdı - FOTO

23 İyun 2017 14:47

Arvadını bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxılıb

23 İyun 2017 14:47

"Buta Airways"in aviabiletlərinin qiyməti 29 avrodan başlayacaq

23 İyun 2017 14:47

Sac qovurma RESEPTİ

23 İyun 2017 14:45

AMEA-dan mənzil bölüşdürülməsi probleminə RƏSMİ MÜNASİBƏT

23 İyun 2017 14:43

Öldürücü istilər GƏLİR - insanların 74 faizi...

23 İyun 2017 14:43

AMB-nin depozit hərracında gəlirlik 9 aylıq minimuma düşüb

23 İyun 2017 14:42

Bugünkü depozit hərracında tələb təklifi 94% üstələyib

23 İyun 2017 14:42

AMEA mənzillərin bölüşdürülməsi ilə bağlı ittihamlara münasibət bildirib

23 İyun 2017 14:42

"Qəbələ" üzərində qazanılan qələbəyə şərh

23 İyun 2017 14:42

Vətəndaşlığı olmayanların ölkəni tərk etməsi ilə bağlı YENİ ŞƏRTLƏR

23 İyun 2017 14:39

Karqo şirkətləri bizi necə aldadır: 150 manat yerinə 520 manat

23 İyun 2017 14:38

Oqtay Əsədov Koreyaya səfər edəcək

23 İyun 2017 14:37

İlham Əliyev: "Azərbaycan dünya miqyasında hərbi sənaye kompleksinə malik olan aparıcı ölkələr sırasındadır"

23 İyun 2017 14:37

Serxio Peres birinci sərbəst yürüşdə qəza törədib

23 İyun 2017 14:36

Robotlaşdırılmış quşlar aeroportda növbətçilik edəcək

23 İyun 2017 14:35

Emili yenə cazibədar bədənini nümayiş etdirdi - FOTO

23 İyun 2017 14:32

Azərbaycan Prezidenti: "Ermənistana qarşı çoxdan beynəlxalq sanksiyalar tətbiq olunmalı idi"

23 İyun 2017 14:32

Formulada daha bir qəza - FOTO

23 İyun 2017 14:32

POLKOVNİK: "Son dərəcə diqqətli olmalıyıq"

23 İyun 2017 14:30

Bakıda 14 və 19 yaşlı qızlar yoxa çıxıb

23 İyun 2017 14:29

Şimali Koreyanın gövdə nümayişi ABŞ-ı QARIŞDIRDI

23 İyun 2017 14:28

Araşdırmaları ilə Avropanı mat qoyan azərbaycanlı professor kimdir?

23 İyun 2017 14:27

"İnsanı bunu çox düşünsə məhv olar"

23 İyun 2017 14:25

Taksi sürücüsü Artur Rasizadənin kortejinin qarşısını kəsdi - VİDEO

23 İyun 2017 14:23

Avropalılar Avropa İttifaqından çıxmaq barədə nə düşünürlər?

23 İyun 2017 14:22

“Azfinance” investisiya şirkətinin zərəri 4 dəfə artıb

23 İyun 2017 14:22

Hamı bu uşağın tanrı olduğuna inanır - FOTO

23 İyun 2017 14:22

Patent müvəkkillərinin attestasiyası keçiriləcək

23 İyun 2017 14:22

Messi haqda yekun qərar: 252 min avroluq təzminat

23 İyun 2017 14:19

Möhtəşəm konsertə hazırlaşan Tarkan danışdı: “Azərbaycan üçün çox darıxmışam” - FOTO

23 İyun 2017 14:18

Vaqif üçün xoş gün - FOTO

23 İyun 2017 14:17

PKK-ya aid mağara məhv edildi

23 İyun 2017 14:17

“Yıxılandan sonra ata minməyə qorxurdu...” - Lent.az-ın əməkdaşı “Qaçaq Nəbi” oldu - FOTOLENT

23 İyun 2017 14:14

"Unibank" kartlarında yeni xidmət

23 İyun 2017 14:13