Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Qazprom" Londondakı bölmələrinin birində işçi ştatını azaldıb

"Qazprom" Londondakı bölmələrinin birində işçi ştatını azaldıb

"Qazprom" Türkiyə şirkətlərini məhkəməyə verdi (11 Mart 2017 17:59)
“Qazprom” Avropaya satacağı qazın qiymətini qaldırmaq istəyir (28 Fevral 2017 12:33)
"Qazprom"un ötən il Avropa bazarında payı 34 faizədək artıb (28 Fevral 2017 06:47)

Tarix: 22 Noyabr 2016 15:02

Bakı. 22 noyabr. REPORT.AZ/ Rusiyanın "Qazprom" şirkəti Londondakı "Gazprom Marketing & Trading (GM&T) marketinq və treydinq bölməsinin işçi ştatını 20% azaldıb.
"Report" PRAYM agentliyinə istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat verib.
Mənbənin nəşrə verdiyi məlumata görə, ixtisara düşənlər arasında 6 direktor da var. Şirkət bu il bəzi bölmələrinin mənfəətinin azalacağından çəkinir. İxtisar aparılmamışdan əvvəl şirkət "Oliver Wyman" konsaltinq qrupu ilə xərclərin hansı yolla azaldılması üzrə qiymətləndirmə aparılması üçün anlaşma əldə edib.
Məsələ ilə bağlı nə "Oliver Wyman", nə də "Qazprom" şərh verməyib.
"The Wall Street Journal" yazıb ki, digər energetika şirkətləri kimi, "Qazprom" da neft və qaz qiymətlərinin aşağı olmasının təsiririni hiss edir, üstəlik, şirkət Şərqi Avropa bazarında artan rəqabətlə üzləşib. 

Teqlər:  Qazprom Londondakı bölmələrinin birində işçi ştatını azaldıb



RƏYLƏR


Top xəbərlər