Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qeyri-etik jestə görə iki futbolçuya cəza

Qeyri-etik jestə görə iki futbolçuya cəza

Date: 22 November 2016 15:07

AFFA İntizam Komitəsinin növbəti iclası keçrilib. Fanat.Az xəbər verir ki, komitə üzvləri I divizionun XII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib. Qərarları təqdim edirik:

17 noyabr 2016-cı il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun XII turunun “Turan Tovuz” - “Şahdağ” matçının 2-ci hissəsində “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 160 manat cərimə olunub (maddə 52).
 
* “Şəmkir” - “Səbail” matçının 78-ci dəqiqəsində “Şəmkir” klubunun 11 №-li futbolçusu Şahin Baleljae ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub (maddə 48).
 
* MOİK - “Qaradağ Lökbatan” matçının 35-ci dəqiqəsində MOİK klubunun 10 №-li futbolçusu Məhəmməd Bədəlbəyli qeyri-etik jest göstərdiyinə görə İntizam Komitəsi tərəfindən 3 oyun cəzalanıb. Oyunçuya verilmiş cəzanın 2 oyunu şərti cəza kimi tətbiq edilib və futbolçuya 6 ay sınaq müddətə verilib. Sınaq müddəti ərzində futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək (maddə 33) (maddə 42.1).
 
* “Rəvan” - “Şərurspor” matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub  (maddə 40).
 
* “Bakılı” - “Energetik” matçında “Energetik” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub  (maddə 40).
- Oyun başa çatdıqdan sonra “Energetik” klubunun 5 №-li futbolçusu Tural Məmmədov təhqir edici hərəkət etdiyinə görə, 3 oyun cəzalanıb, klub 160 manat cərimə olunub (maddə 42.1)
 
* “Zaqatala” - “Ağsu” matçının 90+1-ci dəqiqəsində “Zaqatala” klubunun 10 №-li futbolçusu Arzuman Nəsibov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub (maddə 48).

Fanat.Az

Tags:  Qeyri-etik jestə iki futbolçuya cəza

RƏYLƏR


Top news