Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ermənistan tankları Rusiyaya daşınır

Ermənistan tankları Rusiyaya daşınır

Date: 22 November 2016 15:12

Ermənistan öz ərazisində T-72 tanklarının modernləşdirilməsi Mərkəzinin yaradılması üçün Rusiya tərəfinə müraciət edib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirinin müavini David Paxçanyan Rusiyanın sənaye və ticarət naziri Denis Manturovla İrəvandakı görüşü zamanı deyib. Onun sözlərinə görə, hələlik T-72 tankları Ermənistan ərazisində ancaq təmir olunur, modernləşdirmə işləri üçün isə tanklar Rusiyaya, "Uralvaqonzavod"a daşınır.

"Biz özümüz T-72 tanklarını nəniki təmir etmək, eyni zamanda modernləşdirmək istərdik. Çünki tankları modernləşdirmə üçün Rusiyaya daşıyıb geri qaytararkən çəkilən xərclər az qala təzə tankın qiyməti qədər çıxır", - Paxçanyan deyib.

Rusiyalı nazir isə deyib ki, onlar Ermənistan müəssisələrinin NATO ölkələri və Ukraynadan ehtiyat hissələrini dayandırmaq proqramı çərçivəsində bu məsələni nəzərdən keçirməyə hazırdır. 

Milli.Az


Tags:  Ermənistan tankları Rusiyaya daşınır

RƏYLƏR


Top news