"Neftçi"nin braziliyalı legioneri 2 həftə müddətinə sıradan çıxıb

"Neftçi"nin braziliyalı legioneri 2 həftə müddətinə sıradan çıxıb
15:12 22 Noyabr 2016
53 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 22 noyabr. REPORT.AZ/ "Neftçi" klubunun futbolçusu Jonas Pessalli 2 həftəyədək sıradan çıxıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, braziliyalı yarımmüdafiəçi "Sumqayıt"la Azərbaycan Premyer Liqasının XII tur matçında sağ pəncəsindən zədələnib. 
O, Premyer Liqada "Kəpəz"lə səfər, ölkə kubokunda "Şərurspor"la 1/8 final mərhələsinin oyununu buraxacaq. 
Ağır zədədən sonra müalicəsini davam etdirən yarımmüdafiəçi Elşən Abdullayev isə noyabrın 24-də fərdi məşqlərə başlayacaq. Onun komanda ilə məşqlərə nə vaxt qatılacağı hələ dəqiqləşməyib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/neftci-nin-braziliyali-legioneri-2-hefte-muddetine-siradan-cixib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR