Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Əli Abbasovun tabeliyində olan qurum 23 milyon manatı necə sildi? - CİNAYƏT İŞİNDƏN

Əli Abbasovun tabeliyində olan qurum 23 milyon manatı necə sildi? - CİNAYƏT İŞİNDƏN

Date: 22 November 2016 15:19

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov və digər vəzifəli şəxslərinin cinayət işi üzrə maraqlı məqamlar ortaya çıxmaqdadır.

 

Lent.az-ın ittiham aktına istinadən məlumatına görə, cinayət işininin araşdırılması nəticəsində “Azərpoçt” MMC-də görülən işlərin dəyərindən daha artıq qiymətləndirilməsi faktı ortaya çıxıb.

 

İttiham aktında bildirilir ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin müfəttişləri tərəfindən tərtib edilmiş aktın göstəricilərinə əsasən 01 yanvar 2009-cu il tarixdən 29 oktyabr 2015-ci il tarixədək olan dövr ərzində “Azərpoçt” MMC və onun struktur qurumlarında rəsmiləşdirilmiş tikinti-quraşdırma və təmir işlərinin həcmlərinin dəyərinin ümumilikdə 22 milyon 525 min 989 manat məbləğində artırıldığı müəyyən edilib.

 

Qeyd edək ki, cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.

 

İş üzrə “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

 


Tags:  Əli Abbasovun tabeliyində olan qurum 23 milyon manatı sildi CİNAYƏT İŞİNDƏN


RƏYLƏR


Top news