Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Norveçin Azərbaycandakı səfiri Lənkəranda olub

Norveçin Azərbaycandakı səfiri Lənkəranda olub

Date: 22 November 2016 15:32

Lənkəran. 22 noyabr. REPORT.AZ/ Norveç Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bard İvar Svendsen cənub bölgəsinə səfəri çərçivəsində Lənkəranda olub. 
"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, səfir Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşovla görüşüb. Qonağa rayon barəsində geniş məlumat verilib. Səfər çərçivəsində hər iki ölkə arasında aqrar və turizm sahəsində əməkdaşlıq imkanları və perspektivləri müzakirə edilib.
Səfir B.İ.Svendsen bildirib ki, Azərbaycanla Norveç arasında 1992-ci ildən diplomatik münasibətlər qurulub: "1998-ci ildən Norveç Krallığının Azərbaycandakı səfirliyinin fəaliyyət göstərir. Ötən müddət ərzində Norveçlə Azərbaycan arasında siyasi, iqtisadi və humanitar əməkdaşlıq üzrə əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradılıb. Norveç Krallığı dəfələrlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə münaqişənin Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında və sülh yolu ilə həllini dəstəklədiyini bəyan edib".
İcra rəsmiləri ilə görüşdən sonra səfir Heydər Əliyev Mərkəzindən olub. Günün ikinci yarısında isə bir neçə sənaye müəssisəsinə və fermer təsərrüfatına da baş çəkib.


Tags:  Norveçin Azərbaycandakı səfiri Lənkəranda olub

RƏYLƏR


Top news