Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sürücülərə XƏBƏRDARLIQ

Sürücülərə XƏBƏRDARLIQ

Date: 22 November 2016 15:37

Son günlər ölkədə hava şəraiti xeyli soyuq keçir. Ölkənin bəzi yerlərində şaxta müşahidə edilir, Bakıda da havanın temperaturu 1-2 dərəcəyədək enib.

Baş Dövlət Yol Polisi İdarəsi havaların şaxtalı keçməsi ilə bağlı sürücülərə müraciət edib. Milli.Az xəbər verir ki, idarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev lent.az-a bildirib ki, sürücülər qışa hazırlıq görməlidir və avtomobillərinin texniki sazlığını hərtərəfli yoxlamalıdırlar: "Xüsusi ilə dağlıq və dağətəyi rayonlarda hava şəraitinin qarlı-çiskinli keçməsi axşamlar yolların səthinin buz bağlaması ilə nəticələnir. Həmin ərazilərdən keçən sürücülər xüsusi ilə diqqətli olmalıdırlar. Çalışmalıdırlar ki, qış şinləri ilə təmin olunmamış avtomobillərdən həmin ərazilərdə istifadə etməsinlər".
 
K.Əliyev bildirib ki, hazırda hava şəraiti ilə bağlı hər hansı yolda narahatlıq yoxdur: "Şamaxı, İsmayıllı, Kürdəmir, Qusar zonalarında xırda qar yağır. Yollarda qar yoxdur və hərəkət normaldır. Balakən-Zaqatala istiqamətində bir qədər çiskin var. Ümumilikdə isə sürücülər axşam saatlarında yolun yaş hissəsinin buzlaşa biləcəyini nəzərə alaraq buna uyğun sürət həddi seçməlidirlər. Əsasən, səhərlər sürücülər körpülərin üzərində problem yaşayırlar. Körpülər daha tez buzlaşdığından və daha gec burada buz əridiyindən sürücülər ehtiyatlı olmalıdırlar. Adətən körpünün üzərində yolun buz bağladığını görən sürücülər əyləci basırlar və bu zaman nəqliyyat vasitəsi idarəedilməz vəziyyətə gəlir. Çalışmaq lazımdır ki, yolun buz bağlamış hissəsində ümumiyyətlə əyləcdən istifadə edilməsin".

Milli.Az


Tags:  Sürücülərə XƏBƏRDARLIQ

RƏYLƏR


Top news