Sabiq köməkçi: "İlhamə Quliyevaya deyirdim oğlunun gəlməsinə icazə ver, razı olmurdu"

Sabiq köməkçi: "İlhamə Quliyevaya deyirdim oğlunun gəlməsinə icazə ver, razı olmurdu"
15:42 22 Noyabr 2016
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Report"un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə prosesdə M.Hüseynova sərbəst ifadə verib.
O, mərhum İ.Quliyevanın yanında köməkçi kimi çalışdığını bildirib: "Onun ayaqlarındakı ağrılar kəskinləşdi. İlhamə xanım yaxın qohumlarını, oğlu Orxanı belə yanına buraxmırdı. Ona deyirdim ki, oğlunun gəlməsinə icazə verin, lakin razı olmurdu. Mən İlhamə xanımın yanından uzaqlaşmaq istəyirdim. Çünki gah deyirdi üzüyüm itib, gah da başqa bəhanələr edirdi. Sonra bildim ki, məni yanından buraxmaq istəmir. O, məndən ona kömək etməsini tələb edirdi. Onun yanına tez-tez həkimlər çağırırdım".
M.Hüseynova qeyd edib ki, İ.Quliyeva ona etibarnamə verib: "Sonra guya mən Faiq Ələkbərlini və Orxanı onun yanına qoymuram. Onlar mənə qarşı qərəzli davranmağa başladılar. Daha sonra Türkiyənin Samsun şəhərinə yollandıq. Çünkü İlhamə xanım ayağından əməliyyat olunmalı idi. Orada bir neçə ay müalicə aparıldı. O, heç kəsin bu haqda bilməyini istəmədi".
O bildirib ki, O.Nadirovun borcu olduğu üçün ona pul lazım idi: "Mənə dedilər ki, özünü Orxandan gözlə. Çünkü məndə etibarnamənin olduğunu bilirdi. Orxan zəng edib, məndən bu haqda maraqlandı. Sonra Vüqar Bəkirov zəng edib, Orxanın 95 min manat borcu olduğunu dedi. Dedi ki, əgər pul verilməsə, bu barədə mətbuatda məlumat gedəcək. O bildirdi ki, Orxan dələduzluq edib. Vüqarla görüşəndən sonra İlhamə xanıma onun dediklərini çatdırdım. Vüqar İlhamə xanıma dedi ki, Orxan sizə dərman vermək istəyir, Mehribanı da aradan götürmək niyyətindədir. Rəhmətlik səhərisi Vüqara 10 min manat verdi. Bundan sonra Vüqar ondan əl çəkmədi, yenidən pul tələb edirdi".
M.Hüseynova İ.Quliyevanın əmlaklarını ələ keçirmək niyyətinin olmadığını söyləyib: "Mən Vüqarı yoxlamaq üçün ondan zəhərli maddələr istədim. Məqsədim, Vüqarı ifşa etmək idi. Bu barədə İlhamə Quliyeva məlumat vermədim, çünkü onun vəziyyəti ağır idi. Onun mənə verdiyi dərmanı atdım. Yalandan dedim ki, dərmanı vermişəm, vəziyyəti yaxşılaşıb".
Prosesdə fasilə elan olunub.
Qeyd edək ki, xalq artisti İ.Quliyevanın sabiq köməkçisi M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 2016-cı il fevral ayının 13-də Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.
Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Beşiktaş" prezidentinin azərbaycanlı sevgilisi - FOTO

24 Avqust 2017 09:07

Ekzemanı müalicə edən təbii üsul

24 Avqust 2017 09:06

Qətər səfirini İrana geri qaytarır

24 Avqust 2017 09:03

QUDUZLUQ və onun müalicəsi yolları

24 Avqust 2017 08:58

ABŞ-ın Rusiyadakı səfiri: Mən cənab düşbərə olmuşam

24 Avqust 2017 08:48

Qarşıdakı 2 ildə ölkə iqtisadiyyatını nə gözləyir? - Proqnoz

24 Avqust 2017 08:33

"Monako" Mbappeni 150 milyon avroya PSJ-yə satmağa razılaşıb

24 Avqust 2017 08:27

Bakı və Abşeron rayonunda yanğın oldu

24 Avqust 2017 08:09

ABŞ-da sürücü avtomobili kütlənin üzərinə sürüb

24 Avqust 2017 08:07

“Samsung” “Galaxy Note8” smartfonunu təqdim etdi

24 Avqust 2017 08:03

Avropa Liqasında “play-off” mərhələsinin cavab oyunları keçiriləcək

24 Avqust 2017 07:32

Braziliyada gəmi batdı - 10 ölü

24 Avqust 2017 07:23

Bu gün “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibləri bəlli olacaq

24 Avqust 2017 07:09

“Xan çinarı” məhv edilib...

24 Avqust 2017 06:43

Zidan "Real"la danışıqlar aparmadan müqavilə müddətini uzadıb

24 Avqust 2017 06:27

"Qarabağ"ın qələbəsi ayaqda qarşılandı - PAYTAXTDA GÖRÜNMƏMİŞ COŞQU

24 Avqust 2017 06:24

Norveçdə dünyanın ən böyük Data Mərkəzi tikiləcək

24 Avqust 2017 06:03

Bakıda qadın həkim poliklinikada sevgilisi tərəfindən bıçaqlanıb

24 Avqust 2017 05:32

“Zenith Energy” Azərbaycanda gündəlik hasilatını 219 barrel artırmağı hədəfləyir

24 Avqust 2017 05:23

ABŞ-ın Minsk qrupunda yeni həmsədri bəlli oldu

24 Avqust 2017 05:14

NATO Donbasdakı atəşkəsi alqışladı

24 Avqust 2017 04:43

Cənubi Çində 9 nəfər qasırğanın qurbanı olub

24 Avqust 2017 04:22

Yevlaxda 2 otaqlı yanıb kül oldu

24 Avqust 2017 04:14

Azərbaycanlı qızın bu videosu izləmə rekordu qırır

24 Avqust 2017 04:03

Gecə saatlarında Bakıda 4 piyadanı avtomobil vurub

24 Avqust 2017 03:52

"Qarabağ"ın uğuru Tvitter-in əsas gündəmi oldu - FOTO

24 Avqust 2017 03:24

"Qarabağ"ın qələbəsi Bakı küçələrində böyük sevinc hissi ilə qeyd olunub

24 Avqust 2017 03:12

Qətər il yarım əvvəl geri çağırılmış səfirini yenidən İrana göndərir

24 Avqust 2017 02:42

Bakıda "QARABAĞ" BAYRAMI - FOTOSESSİYA

24 Avqust 2017 02:33

Bakının mərkəzində qələbə bayramı - VİDEO

24 Avqust 2017 02:29

Tərtərdə 6 otaqlı ev yandı

24 Avqust 2017 02:04

Braziliyada gəmi batıb -

24 Avqust 2017 02:04

Qurban Qurbanov: İkinci hissədə daha soyuqqanlı oynadıq. Hər şey düşündüyümüz kimi alındı

24 Avqust 2017 02:03

"Kopenhagen"inin baş məşqçisi: "Rəqib 2 imkan qazandı və lazımi qaydada yararlanaraq qol vurdu"

24 Avqust 2017 02:02

Qurban Qurbanov: "İlk dəfə məğlubiyyətə sevinirdim"

24 Avqust 2017 01:47

“Oyunun sonlarında nəfəsimiz tutulmuşdu” - Tahir Gözəl

24 Avqust 2017 01:47

Tramp: “Terrorizmlə mübarizədə ciddi irəliləyişə nail olmuşuq”

24 Avqust 2017 01:43

Qurban Qurbanov: "Bu uğuru təkcə biz yox, bütün Azərbaycan xalqı arzulayırdı"

24 Avqust 2017 01:42

"Qarabağ" və digərləri - SİYAHI

24 Avqust 2017 01:37

Ermənistanda vəkillər aksiya keçirəcək

24 Avqust 2017 01:35

"Qrabağ"dan sonrakı 4 xoşbəxt

24 Avqust 2017 01:27

"Qarabağ"ın tarixi uğuru -

24 Avqust 2017 01:25

Çempionlar Liqası - Bütün səbətlər müəyyənləşdi

24 Avqust 2017 01:19

"Qarabağ"ın tarixi qələbəsi - VİDEO

24 Avqust 2017 01:17

Bakıda yanğın baş verib

24 Avqust 2017 01:12

"Qarabağ"ın rəqibləri nə vaxt müəyyənləşəcək?

24 Avqust 2017 01:07

"Qarabağ"ın zəfər selfisi - ŞƏRHSİZ

24 Avqust 2017 01:07

Zabit Səmədov revanş görüşündə Errol Tsimmermanı məğlub edib - VİDEO

24 Avqust 2017 01:03

ÇL-nin qrup mərhələsinə yüksələn bütün komandalar müəyyənləşib

24 Avqust 2017 00:57

Bakıda dənizdə batan şəxs xilas edilib

24 Avqust 2017 00:44