Fanat.az şübhələndi, AFFA təsdiqlədi

Fanat.az şübhələndi, AFFA təsdiqlədi
15:47 22 Noyabr 2016
80 İdman
Ölkə mətbuatı
A- A+


UEFA-nın danışılmış oyunlarla bağlı AFFA-ya göndərdiyi məktubun bəzi təfərrüatları gün üzünə çıxmaqdadır. Fanat.Az xəbər verir ki, bu gün assosiasiyanın rəsmi saytında  UEFA-dan və digər mənbələrdən I divizion komandaları arasında danışılmış oyunlarla bağlı daxil olan məlumatların detalları açıqlanıb.


Məsələni ciddi şəkildə araşdıran AFFA bu işdə şübhəli bilinən 22 futbolçu, 1 klub rəsmisi və 1 hakimi araşdırma başa çatana qədər federasiyanın  bayrağı altında keçirilən bütün oyunlardan kənarlaşdırıb.

 

AFFA rəsmən açıqlamasa da, araşdırmanın aparılmasına rəvac verən bir neçə oyun var ki, onlardan biri haqda Fanat.Az saytına bir neçə gün öncə geniş yazı dərc olunub. Əldə etdiyimiz məlumata görə, federasiya məhz saytımızda gedən yazını əsas götürərək, I divizionun VII turu çərçivəsində baş tutan “Göyəzən” – “Şahdağ” qarşılaşmasını (1:1) gözdən keçirməyi lazım bilib. 


22 oktyabr 2016-cı il tarixində saytımızda dərc olunan “Göyəzən” - “Şahdağ” oyunu qumara qoyulub?” sərlövhəli yazıda (http://fanat.az/xeber-goyzn-ahda-oyunu-qumara-qoyulub-t53546.html)  matçın qumara qoyulduğuna dair məqamlara diqqət yetirmişdik. Qarşılaşmada vurulan qolların şübhəli olduğunu, görüşün bu gün federasiyanın  bayrağı altında keçirilən bütün oyunlardan kənarlaşdırılan referi Anar Niyazov tərəfindən idarə olunmasının suallara yol açdığını vurğulamışdıq. 


Məhz bu məqamları nəzərə alan  AFFA-nın Apelyasiya və Ekspert Komitəsinin nəzdində yaradılmış futbol mütəxəssislərindən ibarət xüsusi qrupun görüşü incələyərək, qarşılaşmanın danışılmış olması ilə bağlı qərar çıxarıb. Təsadüfi deyil ki, AFFA İntizam Komitəsinin bu gün qəbul etdiyi qərara əsasən, referi Anar Niyazovla yanaşı, “Şahdağ”ın 7, “Göyəzən”in isə 3 futbolçusu federasiyanın bayrağı altında keçirilən bütün oyunlardan kənarlaşdırıb.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-fanataz-ubhlndi-affa-tsdiqldi-t54355.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR