Bakının dairəvi dəmir yolunda 1 125 metr yol əsaslı təmir olunur

Bakının dairəvi dəmir yolunda 1 125 metr yol əsaslı təmir olunur
16:02 22 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 22 noyabr. REPORT.AZ/ Bakı-sərnişin – Pirşağı – Sumqayıt istiqamətində 29,2 km uzunluğunda dairəvi dəmir yolu əsaslı təmir olunur. Bu gün Nərimanov-Böyükşor mənzilində daha 1 125 metr yolun qoyuluşuna başlanıb. Yolun qoyuluşu iki gün davam edəcək. 
Bunu "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib. 
Əsaslı təmir işlərini “Dəmiryolservis” MMC-nin 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi həyata keçirir. İşlər mərhələlərlə aparılır.
Qeyd edək ki, dairəvi dəmir yolunun əsaslı təmirinə noyabr ayının 8-də start verilib. Əvvəlcə Nərimanov-Böyükşor mənzilində 2,2 km uzunluğunda olan hissənin torpaq yatağı işlənib, sonra yolun qoyuluşuna başlanıb və 750 metr uzunluğunda yol qoyulub.
"Dairəvi dəmir yolunun qoyuluşu başa çatandan sonra Bakı və Bakıətrafı qəsəbə və kəndlərin əhalisinin, dəmir yolundan istifadə etməklə, nəqliyyat problemi, qismən də olsa, aradan qaldırılacaq. Bakı, 8-ci km qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edərək, mənzil başa rahat və təhlükəsiz şəraitdə çatacaq", - deyə məlumatda qeyd olunub.



Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/bakinin-dairevi-demir-yolunda-1125-metr-yol-esasli-temir-olunur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR