BP-dən "Şahdəniz-2" AÇIQLAMASI

BP-dən "Şahdəniz-2" AÇIQLAMASI
16:12 22 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

"Şahdəniz" qaz yatağında aparılan işlərin ikinci mərhələsi çərçivəsində işlər 80 faizdən artıq həyata keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə BP şirkətinin Türkiyə üzrə regional prezidenti Mik Stamp deyib.

Onun sözlərinə görə, BP və tərəfdaşlar layihəni planlaşdırıldığı müddət ərzində bitirəcəklər.

O bildirib: "Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi üzrə işlər 50 faiz yerinə yetirilib, ümumilikdə "Şahdəniz-2" layihəsi üzrə işlər 80 faizdən artıq yerinə yetirilib. İşlər tam gücü ilə gedir. 2018-ci ildə qazı Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatdırmaq niyyətindəyik".

Onun sözlərinə görə, bu işlərdə təhlükəsizlik önəmli məsələdir: "Boru kəmərlərinin təhülkəsizliyi prioritet məsələdir. BP həmişə əlavə xərclər sərf edir ki, xətlərinin təhlükəsizliyi yüksək səviyyədə olsun. Bu sahədə Türkiyə təhülkəsizlik qüvvələri ilə birgə işləyirik".

Qeyd edək ki, 1,2 trilyon kubmetr qaz ehtiyatına malik "Şahdəniz" yatağının istifadəsi üçün müqavilə 1996-cı ildə imzalanıb.

Bu müqavilədə pay sahibləri: 28,8 faizlə operator, 10 faizlə "AzSD", 6,7 faizlə "SGC Upstream", 15,5 faizlə "Petronas", 10 faizlə "Lukoil", 10 faizlə "NICO" və 19 faizlə "TPAO" şirkətləridir.

"Şahdəniz 2" yatağında işlərin dəyəri 28 milyard dollar həcmində qiymətləndirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/491947.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR