Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan yazıçılarının kitabları Batumi Dövlət Universitetinə təqdim olunub

Azərbaycan yazıçılarının kitabları Batumi Dövlət Universitetinə təqdim olunub

Date: 22 November 2016 16:17

Tbilisi. 22 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan yazıçılarının gürcü dilinə tərcümə olunan kitabları Şota Rustavelli adına Batumi Dövlət Universitetinə təqdim olunub.
“Report”un xəbərinə görə, Azərbaycanın Batumidəki Baş konsulluğunun dəstəyi və təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan və gürcü xalqlarının qədim dostluq əlaqələrindən, oxşar mədəniyyətində, elm və təhsil sahəsində yaranmış münasibətlərdən söz açılıb.
Universitetin rektoru, professor Merab Xalvaşi rəhbərlik etdiyi ali təhsil ocağında Heydər Əliyev guşəsinin yaradıldığını, Naxçıvan Muxtar Respublikasındakı universitetlərlə yaxşı əməkdaşlıq əlaqələrinin yarandığını vurğulayıb. O bildirib ki, kitablar Heydər Əliyev guşəsinə təqdim olunacaq.
Tərcüməçi jurnalist Nəriman Əliyev qeyd edib ki, Azərbaycan və gürcü yazıçılarının əsərlərinin xalq bayatı və nağıllarının qarşılıqlı olaraq tərcümə olunması, hər iki ölkənin ali və orta ixtisas məktəblərində təbliğ edilməsi mədəni əlaqələrimizin inkişafına təkan verəcək.
Qeyd edək ki, universitetə Nəriman Əliyevin tərcümə etdiyi çağdaş gürcü ədəbiyyatından seçmələr, “Bir pyes, on yeddi hekayə”, “Varlıq” Mədəniyyət Mərkəzinin tərcümə və nəşr etdirdiyi “Uşaq hekayələri və nağılları”, “Koroğlu eposu”, “Min bir Azərbaycan bayatıları”, “Müasir Azərbaycan Poeziyası” və Əjdər Ol-un “Səhra komandirinin meymunu” kitabları hədiyyə olunub.
Tədbirdə Niko Berdzeneşvili Universitetinin direktoru, tarix elmləri doktoru Roini Malakvedze, Acarıstan Muxtar Respublikasının rəsmiləri iştirak ediblər.




Tags:  Azərbaycan yazıçılarının kitabları Batumi Dövlət Universitetinə təqdim olunub


RƏYLƏR


Top news