Asiya regionu devalvasiyadan 11 mlrd. dollar zərər çəkib

Asiya regionu devalvasiyadan 11 mlrd. dollar zərər çəkib
16:27 22 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 22 noyabr. REPORT.AZ/ Qlobal investisiya fondları Donald Trampın ABŞ prezidenti seçilməsindən bu günə qədər Asiya regionu ölkələrində 11 mlrd. ABŞ dolları həcmində səhm və istiqraz satışı həyata keçirib. "Report"un "Vestifinance.ru" saytına istinadən verdiyi xəbərə görə, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Satışlara səbəb kimi ABŞ-ın iqtisadi siyasətində dəyişiklik nəticəsində dolların möhkəmlənməsi göstərilib.
Yaponiyanın "Mizuho Bank"ının eksperti Masakatsu Fukaya qeyd edib ki, inkişafda olan ölkələrdən kapital axını hələ bir müddət davam edəcək: "Yalnız bundan sonra investorlar yeni prezidentin vergi-büdcə stimullaşdırması və proteksionist ticarətlə bağlı qərarlarının icrasını gözləyəcəklər. Yeni iqtisadi qərarlar dolların daha da möhkəmlənməsinə gətirib çıxara bilər ki, bu da inkişaf etməkdə olan ölkələr üçün mənfi amildir".
"Bloomberg"in hesabatına görə, 8 noyabr seçkilərindən sonra, noyabrın 17-dək ən çox xalis kapital axını səhmlərdə (1,5 mlrd. dollar), istiqrazlarda (1,4 mlrd. dollar) - cəmi 2,9 mlrd. dollar - Hindistanda həyata keçirilib. Tailandda 8-19 noyabr tarixlərində bu, müvafiq olaraq 534 mln. və 2,3 mlrd. dollar, İndoneziyada 9-18 noyabrda 444,2 mln. və 9-16 noyabrda istiqrazlarda 1 mlrd. dollar, Cənubi Koreyada 9-18 noyabrda 949 mln. dollar səhmlərdə və 9-17 noyabrda 25,5 mln. dollar istiqrazlarda, Filippində 9-18 noyabrda 171 mln. dollar səhm bazarında, Tayvanda isə 9-18 noyabrda 2,75 mlrd. dollar səhmlərdə qeydə alınıb. Nəticədə, bu ölkələrin yerli valyutaları devalvasiyaya uğrayıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/asiya-regionu-devalvasiyadan-11-mlrd-dollar-zerer-cekib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR