İrəvanda bomba həyəcanı - FOTO

İrəvanda bomba həyəcanı - FOTO
16:37 22 Noyabr 2016
74 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın paytaxtı İrəvanda naməlum şəxs Nor Nork rayonunda yüksək mərtəbəli binanı partladacağını bildirib.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, həmin şəxs polisə zəng edərək Banavan küçəsi, bina 14-də bomba yerləşdirdiyini bildirib.

Hadisə yerinə gələn Ermənistan polisi və xilasedicilər sakinlərini evakuasiya edib. Müəyyən edilib ki, daxil olan zəng yalandır.

İlkin məlumata görə, polisə Abovyan şəhərində yaşayan 39 yaşlı Emil Petrosyan zəng edib. Onun zəng etməkdə məqsədi polis əməkdaşlarını bir yerə yığmaq və digər tələblər irəli sürmək olub. 

Məlum olub ki, keçmiş həyat yoldaşı ona uşağı ilə görüşməyə icazə verməyib. Bundan hiddətlənən Emil Petrosyan binaya bomba qoyması haqda polisə xəbər verib.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/491949.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR