"İlhamə Quliyevaya dedi ki, Orxan anasını və məni öldürmək istəyir"

"İlhamə Quliyevaya dedi ki, Orxan anasını və məni öldürmək istəyir"
16:37 22 Noyabr 2016
139 Ölkə
Ölkə mətbuatı
A- A+

Əməkdar artisti evindən çıxarırlar, küçədə qala bilər... (17 May 2017 14:19)
Əməkdar artisti borcuna görə evindən qovurlar (12 May 2017 18:42)
Əməkdar artisti borcuna görə EVİNDƏN ÇIXARIRLAR - "Pulumu qaytar" (12 May 2017 18:37)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən M.Hüseynova ifadə verib. O bildirib ki, İ.Quliyeva ilə 9 il əvvəl tanış olub: "Bundan sonra İlhamə Quliyeva mənim evimdə 2-3 dəfə qonaq olub. Mən özüm jurnalist kimi fəaliyyət göstərmişəm. İlhamə Quliyeva bir dəfə mənə təklif etdi ki, köməkçi kimi yanında işləyim. Mən də buna razılıq verdim. Demişdi ki, yanında olan hər kəsi uzaqlaşdırıb. Avropa Oyunlarından sonra İlhamə Quliyevanın vəziyyəti ağırlaşdı. O, yalnız mənim ona kömək göstərməyimi istəyirdi. Hər dəfə zəng edib deyirdi ki, sən evimdə olmusan, üzüyüm itib. Sonra həmin üzüyü onun barmağında görəndə soruşurdum ki, bəs nə oldu itmişdi? O da deyirdi ki, yadımdan çıxıb. Həmişə onun yanında olmağımı istəyirdi, deyirdi ki, hamı mənə düşməndi və sirlərini yalnız mənimlə bölüşür. Mənə həmişə bacı deyirdi. Onun ən ağır vəziyyətində yanında olmuşam".
 
M.Hüseynova bildirib ki, İ.Quliyeva ona 2-3 aylıq etibarnamə verib: "Mənə dedi ki, evimi satmaq istəyirəm, amma oğlum Orxan bilməsin. Yoxsa, məndən pul istəyəcək. O, etibarnamə verərək, bütün işlərini mənim vasitəmlə həll edirdi. Çünki səhhəti ağır idi. Heç kəslə danışmaq istəmirdi. Müalicə olunurdu, mənə tapşırmışdı ki, onun müalicə aldığını heç kimə deməyim. İlhamə Quliyeva evini 330 minə satmışdı. Bundan sonra o, gözəllik salonunda hər şeyi mənə etibar etdiyini dedi. Bu isə Orxanın qulağına çatdı. Bir gün mənə zəng etdi ki, anam hər şeyini sənə etibar edib? Mən də bunu təsdiqlədim. İlhamə Quliyeva yenə də Orxanı evinə buraxmırdı. Bir gün İlhamə Quliyevanın telefonuna zəng gəldi, telefonu mən açdım. Danışan Orxanın dostu Vüqar idi. Mənə dedi ki, İlhamə Quliyeva onunla danışmasa, vəziyyəti pis olacaq, çünki oğlu Orxan bəzi şəxslərə qarşı 95 min manat məbləğində dələduzluq edib. Vüqar bizi şantaj edib dedi ki, bununla bağlı mətbuata məlumat ötürəcək, İlhamə Quliyevanı rüsvay edəcək.
 
Mən məsələni İlhamə Quliyevaya danışdım, o da Vüqarla mənim görüşməyimi istədi. Parkda Vüqarla görüşdüm və o, yenidən İlhamə Quliyeva barəsində şantaj xarakterli sözlər dedi. Bundan sonra İlhamə Quliyevanın yanına gedib hər şeyi danışdım. İlhamə Quliyevanın səhhəti buna görə pisləşdi. Növbəti dəfə mən Vüqarla görüşərək, onu İlhamə Quliyevanın evinə gətirdim. Vüqar hər şeyi İlhamə Quliyevaya dedi. Vüqar İlhamə Quliyevaya dedi ki, Orxan anasını və məni öldürmək istəyir. Çünki İlhamə Quliyeva mənə etibarnamə verib. Vüqar İlhamə Quliyevadan 10 min manat pul istədi. Səhəri gün 10 min manat pulu Vüqara verdik. Ancaq Vüqar ondan əl çəkmədi, yenə şantaj və 3500 manat aldı. Mən İlhamə Quliyevanın razılığı ilə bu məsələyə son qoymaq üçün yenidən Vüqarla görüşdüm. Vüqara dedim ki, Orxanın anasını zəhərlədiyini demisən. Bu zəhərli dərmanları kim satır? Sən ona şər atırsan? Bunu hansı həkimdən almısan, o dərmanları mənə göstərə bilərsən? Vüqar da razılıq verdi. Yəni, mən bunu, sadəcə, yoxlamaq istəyirdim. Burada mənim məqsədim Vüqarı ifşa etmək idi. Çünki o, Orxana şər atırdı. Mənim ən böyük səhvim odur ki, bu barədə İlhamə Quliyevaya məlumat vermədim. Vüqar mənə kristal duz məmulatına oxşar maddə verdi. Mənim məqsədim o idi ki, bunları alıb maddi sübut kimi prokurorluğa verim. İlhamə Quliyeva mənə dedi ki, sənin haqqında mənə yaxşı məlumatlar gəlmir. Mən də ona bir az gözləməyini və hər şeyi ona danışacağımı dedim". 
 
Prosesdə fasilə elan olunub. 
 
Qeyd edək ki, M.Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ.Quliyevanın şikayəti əsasında saxlanılıb.
 
İ.Quliyeva bu il fevralın 25-də dünyasını dəyişib.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Şimali Koreya raket buraxdı

29 May 2017 08:18

Bakıda 24 yaşlı gənc bıçaqlanıb

29 May 2017 08:17

Bakıda üç uşaq atası özünü asaraq öldürüb

29 May 2017 08:12

Cənubi Koreya hərbçiləri KXDR tərəfindən raket buraxılışı barədə məlumat verib

29 May 2017 08:12

Paytaxda sərnişin avtobusunda bədbəxt hadisə baş verib

29 May 2017 08:07

Şri-Lankada daşqınlar nəticəsində ölənlərin sayı 151-ə çatıb

29 May 2017 08:05

Yanıqları sağaltmaq üçün YENİ ÜSUL - FOTO/VİDEO

29 May 2017 08:03

Totti "Roma"nın heyətində son oyununu keçirib

29 May 2017 07:57

"Ermənistandakı "İsgəndər-m" raket kompleksi region üçün ciddi təhlükə mənbəyidir"

29 May 2017 07:57

Somalidə silahlı kişi insanlara atəş açıb: 6 ölü, 15 yaralı

29 May 2017 07:52

Yeni cehiz sandıq kolleksiyası - FOTOLAR

29 May 2017 07:48

Səudiyyə Ərəbistanı enerji içkiləri və tütün məhsullarına 100 faizlik aksiz tətbiq edəcək

29 May 2017 07:47

"Qızıl buts"un sahibi məlum olub

29 May 2017 07:47

Azərbaycanda avtomobil aşıb, 4 nəfər xəsarət alıb

29 May 2017 07:42

Bakıda gənc qadın özünü 8-ci mərtəbədən yerə atıb

29 May 2017 07:37

Çempionlar Liqasının qrup mərhələsində çıxış edəcək komandalar müəyyənləşib

29 May 2017 07:37

Venesuelada detirazlar zamanı daha 2 nəfə ölüb

29 May 2017 07:29

Park mənzərəli ev - FOTO

29 May 2017 07:22

"Onlar artırmalıdır"

29 May 2017 07:17

Röyanın sinəsindəki sərvət, qollardakı Rəqsanə, Bülənti sancan ilan, aktyor qayınına böyrəyini verən xanım - HƏFTƏBECƏR

29 May 2017 07:12

Səhər yeməyində uşaqlara bunları verməyin! - FOTO

29 May 2017 07:05

20 yaşlı futbolçudan dahiyanə qol - VİDEO

29 May 2017 06:58

İçində üç bağ olan ev - FOTO

29 May 2017 06:32

“Qızıl buts”un sahibi bəlli oldu

29 May 2017 06:24

Hondurasda stadionda basırıq zaman 5 nəfər ölüb

29 May 2017 06:12

İyunun 10-dan YENİ QAYDALAR - Enerji içkiləri və tütün məhsulları...

29 May 2017 06:03

Bakıda 24 yaşlı gənc küçədə bıçaqlanıb

29 May 2017 05:57

Abşeronda yanğın olub

29 May 2017 05:50

Kann kinofestivalının qalibi məlum olub

29 May 2017 05:47

Şəhər kənarında ənnəvi ev - FOTO

29 May 2017 05:32

Mançesterdə terror aktının araşdırılması çərçivəsində kimyaçı tələbə saxlanılıb

29 May 2017 05:15

Luçesku istefaya göndərildi

29 May 2017 04:58

Yunanıstanın sabiq baş naziri vəfat edib

29 May 2017 04:57

Amerikalı hərbçi paraşütün açılmaması səbəbindən həyatını itirib

29 May 2017 04:42

ABŞ hərbiçisi paraşütünün açılmaması nəticəsində ölüb

29 May 2017 04:36

Los-Ancelesdə loft emalatxana - FOTO

29 May 2017 04:32

Ən parlaq canlılar

29 May 2017 04:21

Filippin prezidenti separatçıları terrorçularla mübarizəyə çağırıb

29 May 2017 04:07

Şəkidə it ev sahibini dişlədi

29 May 2017 04:03

Universitetdə məktəb kampusu - FOTO

29 May 2017 03:32

Azərbaycan bayrağının rəngləri İstanbul boğazında bərq vurur

29 May 2017 03:24

Braziliyada 50-dən artıq aviareys təxirə saxlanılıb

29 May 2017 03:22

Çempionlar Liqasında qrup mərhələsinə birbaşa vəsiqələrin bütün sahibləri müəyyənləşib

29 May 2017 03:22

Qaxın ucqar kəndinə dolu yağdı - FOTO

29 May 2017 02:58

Böyürtkənin inanılmaz faydaları

29 May 2017 02:49

"Roma"nın kapitanı Françesko Totti karyerasını başa vurub

29 May 2017 02:42

Cənubi koreya hərbiçiləri KXDR-in raket buraxılışını həyata keçirildiyi haqda xəbər veriblər

29 May 2017 02:36

Göydələndəki apartament - FOTO

29 May 2017 02:32

Goranboyda avtomobil aşdı - Xəsarət alanlar var

29 May 2017 02:28

Gəncədə avtomobil süpürgəçini öldürdü

29 May 2017 01:58