Rayon adamları Bakıda sosial ev ala bilməyəcəklər

Rayon adamları Bakıda sosial ev ala bilməyəcəklər
16:37 22 Noyabr 2016
213 Ölkə
Ölkə mətbuatı
A- A+

Sosial mənzillərin tikilməsində əsas məqsəd insanların ev problemini həll etməkdir. Vətəndaşlar əmin olsunlar ki, heç kim bu layihədən kənarda qala bilməz. Kimin ehtiyacı varsa, həmin şəxsə ev almaq üçün imkan yaradılacaq

Milli.Az xəbər verir ki, bunu azvision.az-a millət vəkili Musa Quliyev deyib. Deputat bildirib ki, kimlərin güzəştli şərtlərlə sosil mənzilə sahib olacağı açıqlanıb. 

"Bu vaxta qədər kimlərin güzəştli şərtlərlə sosial ev alacağı haqda məlumatlar açıqlanıb. Digər açıqlamalar hələ verilməyib. Bununla bağlı yaradılmış Mənzil İnşaatı Dövlət Agentliyi cənab prezidentin tapşırığı ilə öz əsasnaməsini hazırlayır. İlin sonuna qədər lazım olan sənədlər tam hazır olacaq. Bundan sonra digər məsələlərlə bağlı insanları maraqlandıran məlumatlar açıqlanacaq".

Millət vəkili vətəndaşları maraqlandıran mühüm məsələyə aydınlıq gətirib. Bildirib ki, rayon qeydiyyatında olan şəxslər Bakıda sosial ev ala bilməyəcəklər.

"Evlər harada tikilirsə, orada qeydiyyatda olan şəxslərə satılacaq. Sözsüz ki, maaşın, iş yerinin və həmin vəsaiti ödəmək qabiliyyətinin olması əsas şərtlərdən biridir. Ümumilikdə ilin sonuna kimi digər açıqlamalar olacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/491954.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR