Bakıda sərnişindaşıma ilə məşğul olan şirkətlərə xəbərdarlıq edilib

Bakıda sərnişindaşıma ilə məşğul olan şirkətlərə xəbərdarlıq edilib
16:42 22 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 22 noyabr. REPORT.AZ/ Hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı verilən məlumata əsasən, bu gecədən başlayaraq yolların buz bağlaması ehtimalını nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma ilə məşğul olan bütün daşıyıcı şirkətlərə xəbərdarlıq edib. Bu barədə "Report"a BNA-dan bildirilib. 
Məlumata görə, daşıyıcı şirkətlərə sərnişindaşımada istifadə edilən avtobusların xəttə çıxmazdan öncə texniki baxımdan yoxlanılmasına nəzarətin gücləndirilməsi, avtobusların salonunda isitmə sisteminin işlək vəziyyətə gətirilməsi tapşırılıb. Sərnişinlərin təhlükəsizliyi baxımından avtobus sürücüləri metereoloji vəziyyəti nəzərə alaraq yollarda müəyyən edilən sürət həddinə ciddi əməl etməlidirlər. Həmçinin, sərnişinlərin soyuq havada dayanacaqlarda uzun müddət gözləməsinin yol verməmək üçün daşıyıcılara avtobuslararası intervalı tənzimləmələri də tapşırılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/bakida-sernisindasima-ile-mesgul-olan-sirketlere-xeberdarliq-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR